Hörmətli prezident İlham Əliyev, ad günün mübarək!
Bu gün dövlət başçısının 54 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il 
dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci 
illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət 
Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali 
təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun 
aspiranturasında davam etdirib.
1985-ci ildə dissertasiya müdafiə edən 
İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək
 MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası 
Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci 
vitse-prezidenti vəzifəsində çalışıb.
1995-ci və 2000-ci illərdə Milli Məclisə
 üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament 
Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 
AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında 
qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir 
vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat 
səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan 
Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin 
icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə 
seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən 
Azərbaycan Respublikasının prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.
Qeyd edək ki, İlham Əliyev həmçinin 
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. 
İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə 
Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
Azərbaycan prezidenti İlham 
Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür,
 cansağlığı, fəaliyyətində uğurlar arzulayıram!

Комментариев нет:
Отправить комментарий