вторник, 19 января 2016 г.


1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana hərbi
təcavüz edərək, böyük itkilərə, günahsız insanların kütləvi qətliamına səbəb olmuş Qanlı Yanvar faciəsini törətdilər. O gecə Bakı qan içində boğulurdu. Azərbaycan 70 il əvvəl olduğu kimi yenə faciəyə düçar edildi.

Həmin faciəni unutmaq olmaz! Unutsaq azadlığımızın, müstəqilliyimizin qədrini bilmərik. Dünyada isə azadlıqdan, müstəqillikdən şirin şey yoxdur.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. ...20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. 
20 Yanvarı təkcə faciə, hüzn günü kimi qiymətləndirmək olmaz. Bu hadisə xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, dünyanı heyrətə gətirən mərdlik, igidlik, haqsevərlik mübarizəsinin böyük təntənəsi kimi qiymətləndirilməlidir
Düşmən bilir bu torpağın altı nədir, üstü nə,

        Onunçun da od yağdırır gecə-gündüz üstünə

        Qurban olum dumanına, qurban olum tüstünə,

        Qılınca dön həqiqətim, qalxana dön qeyrətim,

        Dur ayağa məmləkətim, qalx ayağa millətim.
                                                                                                                                     Zəlimxan Yaqub



Xalqımızın tarixinə qara hərflərlə yazılmış bu dəhşətli gündə ölən bacı və qardaşlarımıza, ata-analarımıza Allahdan rəhmət diləyirik

RUHUNUZ ŞAD OLSUN!!!
            

Комментариев нет:

Отправить комментарий