1. Ekspressiv – mənalı  hərəkətlər.
 Ekspressiv-mənalı  hərəkətlər  müəllimin  davranışının  görmə  orqanı 
 vasitəsilə qavranılmasıdır.Burada  duruş, mimika, əl-qol hərəkətləri, 
baxış yeriş  xüsusi  rol  oynayır.
2. Prosodika və  ekstralinqvistika ( informasıya,səsin ucalığı, tembri, nəfəsalma, gülüş, öskürək ).
 Səsin  xarakteristikaları  prosodik (nitqdə vuröulu və vurğusuz,  uzun 
və  qısa  hecaların  tələffüzü  sistemi ) və  ekstralinqvistik ( 
linqvistikadan kənar )  hadisələrə  daxildir. Şövq, ruh 
 yüksəkliyi,sevinc  və  narazılıq  adətən  yüksək  səslə, nifrət, qorxu 
 kifayət  qədər  yüksək, qəm  qüssə, yorğunluq  adətən  batıq  səslə 
 verilir.
3. Takesik  ünsiyyət  vasitələri. Başı  sığallama, toxunma,  əl-ələ  verib  görüşmə, tərifləmə  takesik  ünsiyyət  vasitələrinə  aidddir.
4. Proksemik  vasitələr.
 Bunlara  təlim  zamanı  müəllim  və  şagirdlərin  oriyenasiyası və 
 onlar  arasında  distansiya  aiddir.Pedaqoji  distansiyanın  normaları 
 aşağıdakı  məsafələr  kimi  müəyyən olunmuşdur: 1)müəllimin 
 şagirdlərlə fərdi  ünsiyyəti – 45-dən 120sm-dək; 2)sinifdə  şagirdlərlə
  rəsmi  ünsiyyət – 120-400sm; 400-750sm. Ünsiyyət  distansiyasının 
 müntəzəm  dəyişməsi pedaqoji  əməyin xüsusiyyətidir. Bu  müəllimdən 
 dəyişən  şəraitə dəfələrlə  uyğunlaşmağı  tələb  edir.
Комментариев нет:
Отправить комментарий