1.Təşkilatçılıq
  qabiliyyətləri. Bu  qabiliyyət  müəllimin  uşaqları  birləşdirmək, 
onları  məşğul  etmək, vəzifələri  bölüşdürmək, işi  planlaşdırmaq, 
görülən  işə  yekun vurmaqvə s. Bacarığında  özünü  göstərir.
2.
 Didaktik  qabiliyyətlər. Buraya  tədris materialını, əyani  vasitələri,
 avadanlıqlığı  seçmək  və  hazırlamaq, tədris  materialını  başa 
 düşülən  şəkildə, aydın, ifadəli, inandırıcı  və  ardıcıl  nəql  etmək,
 idrakı  maraqların və  mənəvi  tələbatların  inkişafını 
 stimullaşdırmaq, tədris-idrak  fəallığını  yüksəltmək  və s. Konkret 
 bacarıqlar  daxildir.
3.
 Perspektiv  qabiliyyətlər. Bu, şagirdlərin daxili  aləmini  görmək 
 bacarığında, onların  emosional  vəziyyətini  obyektiv 
 qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini  üzə  çıxarmaqda  özünü
  göstərir.
4.
 Kommunikativ  qabiliyyətlər. Bu  qabiliyyətlər  müəllimin  şagirdlər, 
onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin  rəhbərliyi 
 ilə  pedaqoji  cəhətdən  məqsədyönlü  münasibət  yarada  bilməsində 
 özünü  göstərir.
5. Suqqestiv (təlqinedici )  qabiliyyətlər. Bu, şagirdlərə  emosional-iradi  təsir  göstərməkdən  ibarətdir.
6.
 Tədqiqatçılıq  qabiliyyətlər. Bu,  pedaqoji  situasiyaları  və 
 prosesləri  dərk etmək  və  obyektiv  qiymətləndirmək  bacarığında 
 özünü  göstərir.
7. Elmi – idrakı  qabiliyyətlər. Bu, seçdiyi  sahə  üzrə  elmi  bilikləri  mənimsəmə  qabiliyyətidir.
Müəllim
  praktiki  fəaliyyət  üçün  bu  qabiliyyətlərin  hamısı  eyni  dərəcədə
  vacib deyil. Son illərin  elmi  tədqiqatları  göstərir ki, bu 
 qabiliyyətlər  içərisində  "aparıcı” və "köməkçi” qabiliyyətlər 
 vardır. Aparılan  çoxsaylı  sorğuların  nəticələrinə  görə  didaktik, 
təşkilatçılıq  qabiliyyətləri  aparıcı  qabiliyyətlərə  aid  edilir, 
qalanlar  isə  köməkçi  qabiliyyətlər  hesab  olunur.
  
Комментариев нет:
Отправить комментарий