среда, 17 декабря 2014 г.

2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsi

  SƏRƏNCAM

Prezident İlham Əliyev 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən müəllimlər 5000 manat məbləğində birdəfəlik pul
mükafatı ilə mükafatlandırılıblar:



Abbasov Elvin Sevdimalı oğlu
Abbasov Vüqar Bəhlul oğlu
Abbasova Həqiqət Fəzi qızı
Abdullayeva Bahar Fərzalı qızı
Ağayeva Nahidə Aslan qızı
Ağayeva Rəna Məhəmməd qızı
Ağayeva Ruhiyyə İbrahim qızı
Allahverdi Hidayət Fehruz oğlu
Aslanova Gülxas Əbdülrəhim qızı
Bağırov Rövşən Tofiq oğlu
Baxşəliyeva İradə Şahmar qızı
Bayramova Leyla Bəhman qızı
Cavadov Cavad Alı oğlu
Cəfərova Səbinə İmranovna
Cəfərova Sədaqət Rəhim qızı
Cümşüdov Asif Cümşüd oğlu
Dadaşov Cəmil Namiq oğlu
Dadaşov Vüqar İsrəfil oğlu
Dadaşova Aynurə Qurban qızı
Dadaşova Razıgül Müseyib qızı
Duniyev Dadaşbala Ağayar oğlu
Eldarova Həbibə Qadir qızı
Eyubova Afaq Oruc qızı
Əhmədov Ədalət Cəfər oğlu
Ələkbərov Zaur Zakir oğlu
Əliverdiyeva Sevil Şirnəli qızı
Əliyev Dadaş Ağaməşədi oğlu
Əliyev Hamlet Qasım oğlu
Əliyev Kamran Qorxmaz oğlu
Əliyev Rəfail Şıxəli oğlu
Əliyeva Gülzar Əlirza qızı
Əliyeva Ülkər Akif qızı
Əmirxanova Sədaqət Əmirxan qızı
Əzimova Nurlanə Cəbrayıl qızı
Əzimzadə Yaqut Mustafa qızı
Fərəcova Mətanət Elxan qızı
Gənciyev Şahin Şapur oğlu
Hacıyev Elnur Yuriy oğlu
Hacıyeva Aygün Fərzalı qızı
Hacıyeva Aygün İsmixan qızı
Hacıyeva Gülnaz Məmməd qızı
Həsənov Aqil Sədaqət oğlu
Həsənova Rəna Hilal qızı
Həşimova Həyat Nütfi qızı
Hüseynova Gülnarə Tofiq qızı
Hüseynova Təzəgül Hüseyn qızı
Xudaverdiyeva Sevda Mirsani qızı
Xuduyev Elnur Məmmədəli oğlu
İbayev Orxan Vaqif oğlu
İbrahimova Fəxriyyə Ənvər qızı
İsayev Aqil Nadir oğlu
İsfəndiyarov Ülfət Rahim oğlu
İsgəndərov Yaşar Çoban oğlu
İsmayılova Aynurə Abid qızı
İsmayılova Bahar İsmayıl qızı
Kazımov Məhəddin Qənbər oğlu
Kərimov Xamid Bayram oğlu
Qarakişiyev Məhəmməd Şakir oğlu
Qasımova Rubiynə Elton qızı
Qazıyeva Xumar Asim qızı
Qədirov Ceyhun Əflatun oğlu
Quliyeva Bilqeyis Qüdrət qızı
Quliyeva Esmira Mahmud qızı
Quliyeva Təranə Rizvan qızı
Quliyeva Ulduz İsmixan qızı
Məhərrəmova Sevinc Nəriman qızı
Məmmədov Fərhad Ənvər oğlu
Məmmədov Rəvan Kərim oğlu
Məmmədova Sənubər Abdulrəhim qızı
Məmmədova Təranə Faiq qızı
Məmmədova Vüsalə Əsəd qızı
Muradlı Çingiz Məzahir oğlu
Musayeva Sona İbrahim qızı
Mustafayeva Gültəkin Camaləddin qızı
Mustafayeva Ülviyyə Adil qızı
Mustafazadə Nigar Rəfail qızı
Nəbili Bəhruz Ağahüseyn oğlu
Nəsirov Ramiz Rafael oğlu
Niftiyeva Sevinc Mürvət qızı
Orucova Eminə Ramiz qızı
Orucova Səbinə Vaqif qızı
Pənahov Hafiz Saməddin oğlu
Pirimova Şəkər Rəhim qızı
Piriyeva Gülşən Əliağa qızı
Razıyeva Zalxa Babaəfəndi qızı
Rəhimova İlahə Mirzə qızı
Rəzzaqova Girami Yusif qızı
Rizayev Rüfət İbrahim oğlu
Rüstəmov Akif Şahverdi oğlu
Rüstəmova Rəxşəndə Mahmud qızı
Salmanov Adib Bayram oğlu
Səfərov Seyran Əmən oğlu
Səfərova Gülnarə Sabir qızı
Səfərova Mətanət Əlsürət qızı
Səfərova Nərminə Qərib qızı
Şabiyeva Aygün Sətdar qızı
Şahnamazov Yusif Əzim oğlu
Şamilova Xanım Nürəddin qızı
Şəfiyeva Dilarə Əkbər qızı
Veyisova Xəyalə Elbrus qızı

суббота, 13 декабря 2014 г.

Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlıdır

Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlıdır
ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın 50 namizədi arasında Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin də adı var.

Trend-in Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinə istinadən verdiyi məlumata görə, mükafat fondu 1 milyon ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib.

Final mərhələsinə isə M.Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edib. Bu müsabiqədə Azərbaycanı təmsil edən M.Qarakişiyev postsovet məkanı ölkələrindən yeganə namizəd olub.

Müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1 milyon ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.

пятница, 12 декабря 2014 г.

Heydər Əliyevin vəfatından 11 il ötür

12 DEKABR AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR
 



Mərhum prezident 2003-cü ildə dünyasını dəyişib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir.
 Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.
Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimləri təşkil edirlər.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Ulu Öndər Təhsil Problemləri İnstitutunda anıldı

 

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, toplantı iştirakçıları ilk öncə ayağa qalxaraq bir dəqiqəlik sükutla Ulu öndər Heydər Əliyevi yad ediblər. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə institutun direktoru Qulu Novruzov açıb. Natiq Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı uğurlu addımlardan bəhs edib. İnstitutun direktoru Ulu Öndərin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik bir şəxsiyyət olduğunu bir daha xüsusi olaraq vurğulayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən bütün sahələrdə olduğu kimi elm, təhsil və mədəniyyət sahələrinin inkişafında da göstərdiyi əvəzolunmaz xidmətlərindən və genişmiqyaslı dövlət quruculuq sahəsində gördüyü işlərdən danışıb. Çıxışında Azərbaycan xalqının həqiqətən də xoşbəxt xalq olduğunu vurğulayaraq bildirib ki, uğurla başlanan inkişaf proqramları və Ulu Öndərin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Təhsil Problemləri İnstitutunun digər əməkdaşları da Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü böyük və uğurlu fəaliyyətinə işıq salıblar. Çıxışçılar Ümumilli Lider Heydər Əliyev siyasətinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Tədbirdə TPİ-nin direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri, professor- müəllim heyəti, institutun əməkdaşları, doktorant və dissertantlar iştirak ediblər.



Təhsil Problemləri İnstitutunda Humanist Pedaqogika Mərkəzi açılıb


  Dekabrın 3-də Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda Humanist Pedaqogika Mərkəzinin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə Təhsil Problemləri İnstitutunun  direktoru, hüquq üzrə fəlsəfə doktoru  Qulu Novruzov, "Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları" mövzusunda keçirilən seminarla əlaqədar Bakıda səfərdə olan Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili və onunla birgə adıçəkilən tədbirə qatılan  
Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili, Moskvada fəaliyyət göstərən "Valideyn qayğısı" Beynəlxalq İctimai Hərəkatın sədri Klara Mansurova, Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial direktou, Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru Valeriy Voşin  iştirak ediblər. Təhsil  Problemləri İnstitutunun direktoru Qulu Novruzov və  Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti,  psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili Humanist Pedaqogika Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lenti kəsərək bu münasibətlə hamını təbrik ediblər. Tanınmış  alim Şalva Amonaşvilini və digər qonaqları Humanist Pedaqogika Mərkəzində yaradılmış şəraitlə yaxından tanış edən direktor  Qulu Novruzov ölkə başçısı cənab İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xosməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond tərəfindən təhsillə bağlı  həyata keçirilən irimiqyaslı tədbirlərdən, sosialyönümlü layihələrdən danışıb.


 Azərbaycanda ilk dəfə belə bir mərkəzin yaradıldığını deyən Qulu Novruzov burada bir sıra tədbirlərin keçiriləcəyini söyləyib. Mərkəzlə tanışlıqdan olduqca məmnun qalan qonaqlar burada olan metodik vəsaitlərə baxıblar. Professor Şalva  Amonaşvili bu mərkəzin yaradılmasını yüksək qiymətləndirərək müəllifi olduğu kitabları həmin  mərkəzə  hədiyyə edib.

Sonra Şalva  Amonaşvilinin və digər qonaqların institutun kollektivi  ilə görüşü keçirilib. Qulu Novruzov qonaqları rəhbərlik etdiyi institutda görməkdən məmnunluq hissi keçirdiyini söyləyərək onlara bu elmi-tədqiqat müəssisəsinin fəaliyyəti  haqqında ətraflı məlumat verib.  Professor Şalva Amonaşvilinin ideya müəllifi olduğu humanist pedaqogikanın əhəmiyyətindən danışan direktor, onun pedaqogika elminə əvəzsiz töhfələr verdiyini xüsusi vurğulayıb.

Görüşdə Şalva Amonaşvili onları belə səmimi qarşıladıqlarına görə özünün və qonaqların adından təşəkkür edib. Humanist pedaqogika ilə bağlı fikir və mülahizələrini azərbaycanlı həmkarları ilə bölüşən professor səmimi əməkdaşlığın bundan sonra da davamlı olacağına ümidvar olduğunu bildirib.

Çıxış edən digər qonaqlar da belə görüşlərin keçirilməsinin, alim və pedaqoqlarımızla, müəllimlərimizlə daha yaxından ünsiyyətdə olmalarını təqdirəlayiq hal olduğunu deyiblər. 



среда, 3 декабря 2014 г.

“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar


“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist                                                                   yanaşmanın əsasları” mövzusunda keçirilən seminar
 . Rusiya Təhsil Akademiyasının akademiki
Psixologiya elmləri doktoru, professor
Şalva Aleksandroviç Amonaşvili
Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidenti,
yazıçı, psixoloq “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri.