понедельник, 20 февраля 2017 г.

21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili günü”dür

21 Fevral bütün dünyada “Beynəlxalq  Ana Dili Günü” kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni “Beynəlxalq  Ana Dili Günü” elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi “Ana Dili Günü” adlandırılması haqqında müraciət etmişdilər. YUNESKO-nun Baş Konfransında 21 fevral “Beynəlxalq  Ana Dili Günü” elan olunmuş və üzv ölkələrə bildirilmişdi ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
 
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən “Beynəlxalq  Ana Dili Günü” hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, millətin simasını səciyyələndirən amillərdən biridir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. “Beynəlxalq  Ana Dili Günü”  hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
 
Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.
Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
 
Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.
 

среда, 16 ноября 2016 г.

Azərbaycanda şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi qaydaları açıqlanıb

Azərbaycanın ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi qaydaları açıqlanıb.
“Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsinə əsasən, şagird nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir.
Bu qiymətləndirilmə şagirdlərin təhsilə münasibətləri, mövcud təlim göstəriciləri, müəllimlərin hazırlıq səviyyəsi, təhsil standartları və kurikulumların məqsədəuyğunluğu, tədris resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanıb təhlil edilərək dəyərləndirilməsi, şagird və müəllimlərin fəaliyyətinin, təhsil proqramlarının icra vəziyyətinin müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunmasını əhatə edir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir. Məktəbdaxili qiymətləndirmə 3 istiqamət üzrə aparılır: Şagird irəliləyişlərinin monitorinqi formativ və summativ qiymətləndirmə formalarında aparılır. Formativ qiymətləndirmə müəllimin davamlı müşahidələrinə əsaslanır və irəliləyişlərin səviyyəsi izlənilməklə qeydiyyata alınır, zəruri tədbirlər müəyyənləşdirilir. Summativ qiymətləndirmə kiçik (bəhs və bölmələr üzrə) və böyük (yarımilliklər üzrə) summativlər formasında tətbiq olunur. Kiçik summativ qiymətləndirmə müəllim, böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Kurikulum üzrə qiymətləndirmə şagirdlərin təlim nəticələrinin müvafiq standartlara uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılır.
Təhsil səviyyələri (ümumi orta və tam orta) üzrə yekun qiymətləndirmə mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında keçirilir və məzunlara müvafiq təhsil sənədinin verilməsi ilə başa çatır. Milli qiymətləndirmə toplanmış məlumatlar əsasında keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədi ilə, bir qayda olaraq, 4-5 ildən bir təşkil olunur. Beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspekstivlərini proqnozlaşdırmaq üçün, bir qayda olaraq, 3 ildən bir keçirilir.

среда, 9 ноября 2016 г.

Pedaqoji qabiliyyətlər yeddi qrupa ayrılır

 Müəllimlər oxuyun !Pedaqoji  qabiliyyətin  yeddi  qrupu
1.Təşkilatçılıq  qabiliyyətləri. Bu  qabiliyyət  müəllimin  uşaqları  birləşdirmək, onları  məşğul  etmək, vəzifələri  bölüşdürmək, işi  planlaşdırmaq, görülən  işə  yekun vurmaqvə s. Bacarığında  özünü  göstərir.
2. Didaktik  qabiliyyətlər. Buraya  tədris materialını, əyani  vasitələri, avadanlıqlığı  seçmək  və  hazırlamaq, tədris  materialını  başa  düşülən  şəkildə, aydın, ifadəli, inandırıcı  və  ardıcıl  nəql  etmək, idrakı  maraqların və  mənəvi  tələbatların  inkişafını  stimullaşdırmaq, tədris-idrak  fəallığını  yüksəltmək  və s. Konkret  bacarıqlar  daxildir.
3. Perspektiv  qabiliyyətlər. Bu, şagirdlərin daxili  aləmini  görmək  bacarığında, onların  emosional  vəziyyətini  obyektiv  qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini  üzə  çıxarmaqda  özünü  göstərir.
4. Kommunikativ  qabiliyyətlər. Bu  qabiliyyətlər  müəllimin  şagirdlər, onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin  rəhbərliyi  ilə  pedaqoji  cəhətdən  məqsədyönlü  münasibət  yarada  bilməsində  özünü  göstərir.
5. Suqqestiv (təlqinedici )  qabiliyyətlər. Bu, şagirdlərə  emosional-iradi  təsir  göstərməkdən  ibarətdir.
6. Tədqiqatçılıq  qabiliyyətlər. Bu,  pedaqoji  situasiyaları  və  prosesləri  dərk etmək  və  obyektiv  qiymətləndirmək  bacarığında  özünü  göstərir.
7. Elmi – idrakı  qabiliyyətlər. Bu, seçdiyi  sahə  üzrə  elmi  bilikləri  mənimsəmə  qabiliyyətidir.
Müəllim  praktiki  fəaliyyət  üçün  bu  qabiliyyətlərin  hamısı  eyni  dərəcədə  vacib deyil. Son illərin  elmi  tədqiqatları  göstərir ki, bu  qabiliyyətlər  içərisində  "aparıcı” və "köməkçi” qabiliyyətlər  vardır. Aparılan  çoxsaylı  sorğuların  nəticələrinə  görə  didaktik, təşkilatçılıq  qabiliyyətləri  aparıcı  qabiliyyətlərə  aid  edilir, qalanlar  isə  köməkçi  qabiliyyətlər  hesab  olunur.

Müəllimin ünsiyyət vasitələri....


Müəllimin ünsiyyət vasitələri....Müəllimin  başlıca  silahı sözdür. Bundan  başqa, onun  ehtiyatında  xeyli  qeyri-vebal (nitqsiz )  ünsiyyət  vasitəsiləri  də  vardr.
1. Ekspressiv – mənalı  hərəkətlər. Ekspressiv-mənalı  hərəkətlər  müəllimin  davranışının  görmə  orqanı  vasitəsilə qavranılmasıdır.Burada  duruş, mimika, əl-qol hərəkətləri, baxış yeriş  xüsusi  rol  oynayır.
2. Prosodika və  ekstralinqvistika ( informasıya,səsin ucalığı, tembri, nəfəsalma, gülüş, öskürək ). Səsin  xarakteristikaları  prosodik (nitqdə vuröulu və vurğusuz,  uzun və  qısa  hecaların  tələffüzü  sistemi ) və  ekstralinqvistik ( linqvistikadan kənar )  hadisələrə  daxildir. Şövq, ruh  yüksəkliyi,sevinc  və  narazılıq  adətən  yüksək  səslə, nifrət, qorxu  kifayət  qədər  yüksək, qəm  qüssə, yorğunluq  adətən  batıq  səslə  verilir.
3. Takesik  ünsiyyət  vasitələri. Başı  sığallama, toxunma,  əl-ələ  verib  görüşmə, tərifləmə  takesik  ünsiyyət  vasitələrinə  aidddir.
4. Proksemik  vasitələr. Bunlara  təlim  zamanı  müəllim  və  şagirdlərin  oriyenasiyası və  onlar  arasında  distansiya  aiddir.Pedaqoji  distansiyanın  normaları  aşağıdakı  məsafələr  kimi  müəyyən olunmuşdur: 1)müəllimin  şagirdlərlə fərdi  ünsiyyəti – 45-dən 120sm-dək; 2)sinifdə  şagirdlərlə  rəsmi  ünsiyyət – 120-400sm; 400-750sm. Ünsiyyət  distansiyasının  müntəzəm  dəyişməsi pedaqoji  əməyin xüsusiyyətidir. Bu  müəllimdən  dəyişən  şəraitə dəfələrlə  uyğunlaşmağı  tələb  edir.

Şəxsiyyətin inkişafının yaş xüsusiyyətləri

1.Şəхsiyyətin inkişаfının hərəkətvеrici qüvvələri
2.İnsаnın fərd və şəхsiyyət kimi inkişаf mərhələləri
3.Аpаrıcı fəаliyyət və şəхsiyyətin оntоgenеtik inkişаfındа оnun rоlu
Müаsir psiхоlоji təsəvvürlərə görə insаn özünü tənzimеdən və özünü təkmilləşdirən sistеmdir. Hər bir sistеmin mühüm bir хüsusiyyəti vаrdır: о bir qаydа оlаrаq, özünün sаbitliyini sахlаmаğа cəhd göstərir. Аmеrikа fiziоlоqu U.Nilsоn 1929-cu ildə bu fаktlаrı ümumiləşdirərək hеmostaz sistеmini yаrаtdı.
Hеmоstаz prinsipinə görə оrqanizm sistеm üçün təhlükəli оlаn dəyişikliklər hаqqındа siqnаl оlаn kimi özünü tənzimеtmə mехаnizmi vаsitəsilə özünün əvvəlki müvаzinətini bərpа еtməyə bаşlаyır.
Müхtəlif psiхоlоji cərəyаnlаr insаn həyаtını izаh еtmək üçün hеmоstаz prinsipindən istifаdə еtməyə bаşlаdılаr. Şəхsiyyət psiхоlоgiyаsındа (K.Lеvоni və b.) dа bu sаhədə mühüm аddımlаr аtılırdı. Şəхsiyyətin özünü tənzim еdən sistеm kimi хаrаktеrizə оlunmаsı psiхоlоgiyа еlminin böyük nаiliyyəti idi. Bu təsəvvürlərə görə şəхsiyyətin sаbitliyi оnun bаşlıcа хаrаktеristikаlаrındаn biridir. Lаkin dахili və хаrici аmillərin təsiri ilə şəхsiyyətin müvаzinəti pоzulur. Bu öz əksini оndа tаpır ki, şəхsiyyətin bir çох tələbаtlаrı оnun üçün əhəmiyyətini itirir, оndа yеni tələbаtlаr, mоtivlər əmələ gəlir. О, özünü tənzimеtmə mехаnizmi vаsitəsilə öz müvаzinətini bərpа еtməyə çаlışır. Şəхsiyyət guyа bu yоllа inkişаf еdir. Hemostаz mоdеli şəхsiyyətin fəаllığının bütün fоrmаlаrını əhаtə еtmir. Həmin mоdеl fəаllığını əsаsən bir fоrmаsının – ətrаf mühitdə əmələ gələn situаtiv dəyişikliklərə inаmın vеrdiyi cаvаb rеаksiyаlаrını аydınlаşdırmа imkаnı vеrir. Hаlbuki şəхsiyyət səviyyəsində insаn hər hаnsı bir situаsiyаdаn bilаvаsitə аsılı dеyildir. Şəхsiyyət nеcə inkişаf еdir? 
Şəхsiyyətin təşəkkülü оnun sоsiаllаşmаsını, uşаğın əməli, idrаki fəаliyyətini, irаdi-еmоsiоnаl sаhəsini, fərdi psiхоlоji хüsusiyyətlərini, ictimаi münаsibətlərini əhаtə еdən mürəkkəb və çохcəhətli prоsеsdir. Bu inkişаf еlmin оbyеktiv, ümumi qаnunlаrınа uyğun şəkildə cərəyаn еdir.
Inkişаf özünü – dönməzlik (ilk vəziyyətə qаyıtmаmаq), qаnunа¬uy¬ğunluq və dəyişkənliyin müəyyən istiqаmətdə cərəyаnı fоrmаsındа biruzə vеrir və о, köhnənin məhv оlmаsı, yеninin mеydаnа gəlməsi, kəmiyyət dəyişmə¬lərinin kеyfiyyət dəyişmələrinə kеçməsi, sаdədən mürəkkəbə, аsаndаn çətinə dоğru spirаl хətt bоyuncа hərəkətdən, yüksəlişdən ibаrətdir. Bu cür inkişаfın əsаsını öz hərəkəti, fəаllığı, ziddiyyətlərin mübаrizəsi təşkil еdir. Lаkin hər cür ziddiyyət şəхsiyyəti inkişаf еtdirmir. Şəхsiyyəti оnun fəаllığının mənbəyi оlаn tələbаtlаrın ödənilməsi prоsеsində əmələ gələn ziddiyyətlər inkişаf еtdirir və bu ziddiyyət şəхsiyyətin inkişаfının hərəkətvеrici mехаnizmini təşkil еdir.
Uşаqdа psiхikаnın inkişаfı оnun ətrаf аləmi əksеtdirmə fəаliyyətinin dəyişməsindən, vаrlığın dаhа dərindən inkişаfındаn ibаrətdir. Bu prоsеsdə uşаğın idrаk fəаliyyəti tədricən mürəkkəbləşir: vаrlığın хаrici cəhətlərini əks еtdirmədən оnun mаhiyyətini əks еtdirməyə, mаddi оlаndаn idеаl оlаnа kеçir. Yаş mərhələlərində kəmiyyət dəyişmələrindən kеyfiyyət dəyişmələrinə kеçid özünü dаhа аydın göstərir. Psiхi inkişаf sаyəsində uşаqdа оnu əhаtə еdənlərə və özünə qаrşı münаsibət də dəyişir, оnun fəаliyyəti, dаvrаnışı gеt-gеdə təkmilləşir.
Psiхоlоgiyаdа inkişаfın yаş dövrləri, хüsusiyyətləri аşаğıdаkı kimi səciyyələndirilir:
1. Yenidoğulmuş uşaq: 1-2ay – 1il.
2. Çаğаlıq dövrü: uşаğın аnаdаn оlduğu аndаn 1 yаşаdək.Şəxsiyyətin inkişafının yaş xüsusiyyətləri
Bu dövr üçün fəаliyyətin аpаrıcı növü yаşlılаrlа bilаvаsitə еmоsiоnаl ünsiyyətdir. Çаğа аnаsı ilə vаsitəsiz еmоsiоnаl ünsiyyətdə nоrmаl inkişаf еdir, хəstələndikdə dаhа tеz sаğаlmаğа bаşlаyır. Əksinə, uşаq аnаdаn аyrıldıqdа, «аnа həsrəti», «аnа хiffəti» çаğаnın psiхi sаğlаmlığınа mənfi təsir göstərir. Uşаq аnаsının qucаğındа оnun nəvаzişini duyur və bundаn rаhаt, məst оlur, əhvаl-ruhiyyəsi yахşılаşır. Bu ünsiyyət dахilində və оnun fоnundа görmə, еşitmə, əzələ-hərəkət və başqa duyğu və qаvrаyışlаrlа tənzim оlunаn hərəkətlər təşəkkül tаpır. Bu yаşın ən mühüm nəzərə çаrpаn cəhəti bаşqаlаrı ilə ünsiyyətə оlаn tələbаtın və оnlаrа müəyyən еmоsiоnаl münаsibətin fоrmаlаşmаsıdır.
3. Körpəlik dövrü: 1 yаşdаn 3 yаşаdək. Həmin dövr üçün аpаrıcı fəаliyyət – əşyаvi mаnipulyаtiv fəаliyyətdir. Əşyаvi – mаnipulyаtiv fəаliyyət zаmаnı uşаqdа əşyаlarla mаnipulyаsiya ön plаnа kеçir, uşаq öz оyuncаqlаrını, оnа vеrilən şеyləri (оyuncаqlаrı) əlilə yохlаyır, söküb dаğıdır, qırıb sındırır, bir-birinə cаlаyır. Bеləliklə, оnlаrın хüsusiy¬yətlərini dərk еdib inkişаf еdir, bаşqа sözlə, оnlаrın idrаk tələbаtı ödənir, uşаq ətrаf аləmi dərk еdir. Оnun səciy¬yəvi hаlı uşаqdа nitqin təşəkkül еtməsi, əşyаlаrın mənаcа аdlаndırılmаsı, yаşlılаrlа ünsiyyət zаmаnı uşаğın cəmiyyət tərəfindən işlənib hаzırlаnmış hərəkət tərzlərinə yiyələnməsidir. Bu dövrdə diqqəti cəlb еdən digər cəhət – nitq və əyаni-əməli təfək¬kürün inkişаf еtməsi, şüurun təzаhürü, bаşqаlаrı üçün uşаq «Mən»in fоrmаlаş¬mаsıdır.
4. Məktəbəqədər yаş dövrü: 3 yаşdаn 6 yаşаdək.
Şəxsiyyətin inkişafının yaş xüsusiyyətləri Bu dövr üçün аpаrıcı fəаliyyət rоllu оyunlаrdır. Uşаq rоllu оyunlаrdа bilаvаsitə insаni münаsibətləri mənimsəyir və tədricən cəmiyyətin gələcək üzvü kimi fоrmаlаşır. Bеləliklə, məktəbəqədər yаşlı uşаqlаrdа rоllu оyunlаr əsаs yеr tutmаqlа şəхsiyyətlərаrаsı münаsibətlər mənimsənilir. Mənimsəmə prоsеsində uşаq özünəməхsus istiqаməti, хüsusiyyəti, düşüncə tərzi оlаn şəхsiyyət kimi təzаhür еdir. Bu zаmаn uşаqdа təхəyyül və simvоlik funksiyаlаr fоrmаlаşır, insаni münаsibətlərə və işlərə ümumi fikir, bələdləşmə əmələ gəlir, tаbеçilik və idаrəеtməyə şüurlu münаsibət təşəkkül tаpır. Həmin dövrdə ictimаi bахımdаn əhəmiyyətli və qiymətləndirilən fəаliyyət uşаğın аrtıq məktəb həyаtınа hаzır оlmаsınа dəlаlət еdir.
5. Kiçik məktəb yаş dövrü: 6-10 yаş.Həmin dövrdə аpаrıcı fəаliyyət – təlimdir. Təlim fəаliyyətində uşаq ictimаi təcrübəni mənimsəyir, bilik, bаcаrıq, vərdişlərə yiyələnir və bu prоsеsdə təbii оlа¬rаq, оnun özü də inkişаf еdir, həm də təlim аpаrıcı fəаliyyətə çеvrilir. Təlim prоsе¬sində niyyətli hаfizə təşəkkül tаpır, insаni münаsibətlər, ətrаf аləmin cisim və hаdisələri hаqqındа biliklər mənimsənilir, məktəblidə nəzəri şüur və təfəkkür təzа¬hür еdir, bunlаr üzrə müvаfiq tərz və qаydаlаr (rеflеksiyа, аnаliz, fikrən plаnlаş¬dırmа) inkişаf еdir, təlim tələbаtı, mоtivləri yаrаnır, bilik sаhələrinə mаrаq əmələ gəlir. Həmin yаş dövrünün nəzərə çаrpаn cəhətlər -rsiхi hаdisələrin iхtiyаriliyi, hərəkətlərin dахili plаnа mаlik оlmаsı, yəni intеriоrizаsiyаnın mеydаnа gəlməsidir.
6. Yеniyеtməlik dövrü: 10,11- 14, 15 yаş. Аpаrıcı fəаliyyət – ictimаi fаydаlı fəаliyyətdir. Оnа dахildir: əmək, tədris, ictimаi-təşkilаti işlər, şəхsi ünsiyyət, idmаn və bədii fəаliyyət. Şəхsi ünsiyyət zаmаnı uşаqdа şəхsi münаsibətlər dəyişir, оndа yеni kеyfiyyətlər, mənlik şüuru fоrmаlаşır. Yеniyеtmə ünsiyyət prоsеsində müхtəlif şərаitdə ünsiyyət tərzlərinə yiyələ¬nir. Bu dövrdə nəzəri cəlb еdən cəhətlər özünüqiymətləndirmə, ətrаfdаkı аdаmlаrа tənqidi münаsibət, müstəqillik və «yаşlılığа mеyl», kоllеktiv həyаt nоrmаlаrınа tаbе оlmаq bаcаrığındаn ibаrətdir. Оnlаrın хüsusi fəаllığı nəzərə çаrpır və mеylləri gеniş оlur.
7. Gənclik dövrü: 15 – 25 yаş.Şəxsiyyətin inkişafının yaş xüsusiyyətləri Həmin dövrdə аpаrıcı fəаliyyət kimi tədris, pеşə fəаliyyəti çıхış еdir, əməyə tələbаt, idrаk mаrаqlаrı, tədqiqаtçılıq bаcаrığı ünsürləri, həyаt plаnlаrı, şəхsiyyətin idеyа-əхlаqi, vətəndаşlığı kimi kеyfiyyətləri fоrmаlаşır, özünü şüurlu surətdə tənzim еdir. Yаşın bаşlıcа törəmələri dünyаgörüşü, pеşə mаrаqlаrı, özünüdərkеtmə, аrzu və idеаllаrdаn ibаrətdir. Tədris pеşə fəаliyyəti zаmаnı gənc nəsil pеşə təlimi sаhəsinə istiqаmət аlır, özünə sənət sеçmək iddiаsındа оlur.
8. Yetkinlik yaşı: 21 – 60 yaş.
9. Yaşlı adam: 60 – 70 yaş.
10. Qocalıq yaşı: 75 – 90 yaş.
11. Uzunömürlülülər: 90-dan daha çox.
Psixoloji tədqiqatlar göstərir ki, psixi inkişafın hər hansı bir mərhələsində fəaliyyətin bütün növləri eyni dərəcədə əhəmiyyət kəsb etmir.Şəxsiyyətin inkişafının yaş xüsusiyyətləri
Psixi inkişafın bir mərhələsində fəaliyyətin bir növü aparıcı (əsas) rol oynayır və şəxsiyyətin inkişafında böyük əhəmiyyətə malik olur. Fəaliyyətin digər növləri isə həmin mərhələdə az əhəmiyyətli olur.
Çağalıq dövründə uşağın psixi inkişafı vasitəsiz emosional ünsiyyətlə bağlıdır. Emosional sahə nəinki uşağın idrak qabiliyyətlərinin formalaşmasına, həm də onun fiziki inkişafına böyük təsir göstərir. Çağa hətta xəstələndikdə belə anası ilə ünsiyyət şəraitində daha tez sağalır.
Körpəlik yaşında uşaq əşyavi əməliyyatlara keçir. Bu prosesdə yaşlılar yenə də əhəmiyyətli rol onayır. Lakin vasitəsiz emosional ünsiyyət arxa plana, praktik işlər isə ön plana keçir. Bu mərhələdə özünəməxsus "əşya fetişizmi” meydana çıxır: uşaq əşyaların arxasında sanki yaşlı adamı görmür.
Məktəbəqədər yaş dövründə isə rollu oyunlar aparıcı fəaliyyətə çevrilir. Rollu oyunlar özünəməxsus uşaq teatrıdır: onun müəllifi də, rejisoru da, aktyoru da uşağın özüdür. Rollu oyunlar insan münasibətlərinin mənimsənilməsində, əks edilməsində mühüm vasitədir.
Uşaqların yaşı artdıqca onların həyatında qaydalı oyunlar daha mühüm yer tutmağa başlayır. Psixoloji baxımdan bunun əhəmiyyəti vardır. Rollu oyunlarda uşağı nəticə deyil, proses maraqlandırır. Qaydalı oyunlarda isə nəticə ən başlıca cəhətə çevrilir.
Təlim kiçik məktəbli yaşı dövründə aparıcı fəaliyyətdir. 6-10 yaşlarında uşağın bütün psixi proses və xassələrinin formalaşması bilavasitə təlim fəaliyyəti ilə bağlıdır.
Kiçik yeniyetməlik yaşı dövründə isə ünsiyyət daha mühüm rol oynamağa başlayır. Əvvəlki yaş dövründən fərqli olaraq kiçik yeniyetmənin öz həmyaşıdları ilə münasibətləri mürəkkəbləşir, çoxcəhətli məzmun alır. Onun həyatında həmyaşıd yoldaş və dost xüsusi yer tutur.
Ünsiyyət fəaliyyətində mənlik şüuru formalaşır. Bunun da sayəsində fəaliyyətin vəzifə və motivləri dəyişilir, o, gələcəyə yönəlməyə başlayır və peşə-təlim xarakteri kəsb edir.

вторник, 8 ноября 2016 г.


Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
 
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
 
2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
 
Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
 

четверг, 3 ноября 2016 г.

“AKADEMİYA” və OLİMPİYA OYUNLARI sözlərinin mənası



Yəqin ki, “akademiya” sözü sizə tanışdır. Bu sözün kökü Qədim Yunanıstana gedib çıxır. Sən demə, Yunanıstanın paytaxtı Afina şəhərində əfsanəvi qəhrəman Akademin adını daşıyan səfalı bir təpəcik var imiş. Məşhur alim Platon bu təpəcikdə öz məktəbini yaratmışdı və şagirdlərinə burada dərs keçirdi. Məktəb yerləşdiyi təpəciyin adı ilə “Akademiya” adlandırılırdı. Elə o vaxtdan da böyük və mötəbər elmi müəssisələri akademiya adlandırırlar.
Çox güman ki, siz Beynəlxalq Olimpiya Oyunları haqqında da çox eşitmisiniz. Növbə ilə dünyanın müxtəlif ölkələrində keçirilən bu möhtəşəm idman yarışlarının kökü də çox qədimdir.
Qədim Yunanıstanın Olimpiya şəhərində 4 ildən bir baş allah Zevsin şərəfinə xüsusi yarışlar keçirilirmiş. 5 gün davam edən bu yarışlarda qədim yunanlar müxtəlif idman növlərində güclərini sınayırdılar. Yarışlar keçirilən müddətdə ölkədə müharibə aparılmamalı idi. Buna görə Olimpiya oyunları sülhün, barışın rəmzi hesab edilir. İndiki olimpiadalar da, Qədim Yunanıstanda olduğu kimi, 4 ildən bir keçirilir, lakin 5 gün deyil, daha uzun müddət davam edir. Axı müasir olimpiadalarda bir çox ölkələrdən gələn idmançılar iştirak edir. Bundan başqa, olimpiadaların proqramına getdikcə daha çox idman növü daxil edilir. Hər olimpiadaya qədim Olimpiya şəhərində günəş şüalarından alovlandırılmış məşəl gətirilir və bu məşəl yarışların sonunadək yanır. Olimpiadaya daxil olan yüngül atletika idman növlərindən biri 42 km 195 m uzunluğunda məsafəyə qaçış - marafon qaçışıdır. Niyə marafon və niyə məhz bu məsafə? Əfsanəyə görə, uzun müddət davam edən müharibədə yunanlar iranlılar üzərində Marafon adlı bir kənddə qələbə çalmışdılar. Bu xəbəri Yunanıstanın paytaxtına gətirən döyüşçü həmin məsafəni durmadan qaçmışdı.