пятница, 24 октября 2014 г.

Bakı məktəblərində daha bir yenilik: HAZIRLIQ QRUPLARI AÇILIR

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə məktəbəqədər hazırlıq qrupları açılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.
Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər hazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə üstünlük verilib.
2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla aparılacaq. Sonda hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd – arayış veriləcək.
Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcək.
Qeyd edək ki, hazırlıq qrupları 89 məktəbdə 

(5, 7, 10, 16, 17, 22, 24, 29, 32, 35, 36, 42, 44, 45, 47, 48, 51, 53, 54, 56, 59, 60, 62, 67, 68, 70, 71, 87, 99, 102, 104, 108, 111, 112, 114, 117, 120, 121, 124, 126, 128, 129, 138, 142, 155, 156, 165, 168, 176, 181, 187, 188, 191, 193, 204, 210, 212, 220, 221, 226, 229, 230, 232, 233, 234, 240, 245, 250, 252, 255, 258, 263, 265, 270, 274, 276, 279, 281, 282, 290, 297, 305, 307, 316, 318, 320, 321, 322, 327 nömrəli məktəblər) fəaliyyət göstərəcəkdir.

четверг, 23 октября 2014 г.

İlhami Cəfərsoylu: “Erməni arxiyepiskopu deyirdi ki, vahid xristian cəbhəsi yaratmasaq, Türkiyəni içəridən parçalamaq olmaz”
 Uydurma faktlarla özlərinə tarix “yaratmış” ermənilər Qafqaz Albaniyasının cənub-şərq hissəsində, özəlliklə də Dağlıq Qarabağ və Zəngəzur ərazilərində antik dövrlərdə yaradılmış maddi mədəniyyət nümunələrinə iddia edirlər. Bu bölgədə yaradılmış mədəniyyətin ermənilərə aiddiyyatı varmı? Qərb ictimai rəyində hakim “Qarabağ xristian sivilizisiyasının mərkəzidir” fikrinin “Qarabağda yaradılmış mədəniyyətin müəllifi inanc etibarilə xristian olan Qafqaz albanlarının, yəni türklərindir” fikrinə çevrilməsi istiqamətində hansı addımlar atılıb
 “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının suallarını AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoylu cavablandırır:
 -Qafqaz Albaniyasının şərqində, o cümlədən Qarabağ ərazisində formalaşmış xristian mədəniyyətinin ermənilərə heç bir aiddiyyatı yoxdur. Bu istiqamətdə 20 ildir obyektiv elmi araşdırmalar aparılıb və bu nəticəyə gəlinib ki, ermənilər bu ərazilərə gəlmədirlər. Ancaq hələ də qaranlıq olan məsələlər var. Ermənilər özlərini hay adlandırırlar. Ancaq hayların tarixi, yaşadıqları coğrafi ərazilər var. Bu, Suriyanın şimalından, Türkiyənin cənubundan, Kilikiya dağlarına qədər olan ərazidə yaşayıblar. Haylar qədim bir tayfadır, erməni tamamilə başqadır. İstər erməni olsun, istər hay, onların Albaniyada heç bir haqqı yoxdur və orada yaşamayıblar. Bununla bağlı tarixşünaslığın, o cümlədən dil tarixinin qarşısında çətin bur sual durur. Biz sübuta yetrməliyik ki, haylarla ermənilərin əlaqəsi yoxdur. Son tədqiqatlarda göstərilir ki, hay türk əsilli tayfalardan biridir. Qədim mənbələrin 90 faizində onlar “Ay” adlanır. Niyə? Çünki bayraqlarında ay şəkli var, aya sitayiş edirdilər. Ay uzanan h ilə deyiləndə bəzi mənbələrdə belə yazılır. Hayların ermənilərlə heç bir genetik qohumluğu yoxdur. Alban, aran, hay nəsilləri Qafqazda, Türkiyə ərazisində hətta qədim Misirdə yanaşı yaşayıblar. Onların hər üçü bizim əcdadlarımızdır.

- Bəs dil qohumluğu necə?

– Hayların dilinə gəlincə, onların ermənilərlə heç bir dil əlaqələri yoxdur. Hayların dili iltsaqidir, indiki ermənilərin dili fleqtiv dilidir. Fleqtiv dili fars, alman dilinə bənzəyir. İlsaqi dillər türk dilləri də daxil olmaqla bir sıra dillərdir. İltsaqi dillərdə sözün kökü dəyişməz qalır, şəkilçi ilə yeni məna yaranır. Hay xalqının dili tamamilə türk dilinə uyğun gəlir. Amma indiki erməni dilində bəzi sözlər var ki, onlardan alınmadı. Həmin sözlər bizlərdə də işlənir, onlarda da. Məsələn, yeraltı dünyanın sahibinə haylar da, Azərbaycan və Türkiyədə yaşayan etnoslar da gor deyirlər. Qədim aran nəsli, qədim hay nəsli suya su, göyə gök, yerə yer, vulkana atma deyirdilər. Onlarla belə söz var. Qrammatik quruluşa görə, qədim hay dili türk dillərindən biridir. Sadəcə, sami dillərinin təsirinə məruz qalıblar. Onların yazılı dillərində də fərqlər var. Haylar igid xalq idilər. Pələng növü olan, dağlarda yaşayan barsları ov etmək üçün hazırlayırdılar. Həmin barsa qədim hayca it deyirdilər. Qrabar dilində bu ins yazırlır. Ona görə ki, ənənə samilərdən gəlirdi. Hayların yaratdığı xırda, orta səviyyəli knyazlıqlar türk mənşəli idi. Məsələn, hay nəslindən biri Sarukdu. Yəni Sarı. Amma indiki erməni və digər hind-Avropa dillərində sarı sözü yoxdu. Erməni xalqı 17-18 etnosdan yaranıb. Hayların onlara aiddiyyatı yoxdu. Haylar assuriyalılar, əhəmənilər tətəfindən şimala sıxışdırıldılar. Musa Xorenlinin maraqlı bir fikri var: (yeri gəlmişkən, “erməni tarxiçisi” hesab edilən Musa Xorenli özü də erməni deyil-İ.C) “O yerdəki hay dilində danışanların ölkəsi qurtarır, o yerdə Sisakan dilində danışan xalqın ölkəsi başlanır. Bu yer hara idi? İndiki Ağrıdağ, Sisyan, İrəvan çökəkliyi. Haylar belə indiki Ermənistan ərazisinə keçməyib. Tarixən indiki Ermənistan bizim torpağımız olub”.

– Bəs “erməni” etnonimi haradan meydana çıxıb?

– “Erməni” adı haqqında bir neçə fikir var. Onları təkrar etmək istəmirəm. VII əsrdə yaşamış tarxiçi suriyalı səlnaməçi Sebeos yazır ki, Şirin aramey qızıdı. Bəzi ədəbiyyatçılar, o cümlədən erməni tarixçiləri buna istinadən Şirini erməni hesab edirlər. Amma erməni sözü necə əmələ gəlib? Eramızdan əvvəl VII əsrin sonu, VI əsrin əvvəllərində Ərəbistan yarımadasında yeni bir etnik dalğa yarandı. Əvvəlki dalğa amoreylər idi. Yəhudi və ərəblərin əcdadı. Onlar gəldilər vuruşa-vuruşa Suriya, İsraildən keçdilər, indiki Türkiyə ərazisində hetlərlərlə savaşdılar, geri çəkildilər. Tədricən oturaq həyata keçdilər. İkinci dalğa arameylər idi. Bunlar da sami mənşəli idi. Ərəbistan yarımasından hücum etdilər, Aralıq dənizinin sahilindən Suriyaya çatdılar. Burada hetlərlə vuruşdular, onlar da məğlub oldular. Xeyli hissəsi oturaq həyata keçdi. Onların böyük bir qolu indiki Türkiyənin cənubunda, Suriyanın şimalında Kilikiya qərbində məskunlaşdı. Azərbaycandan ora köçən kimmer tayfa başçılarından Bərdək adlı biri onlar üzərində hökmran oldu. Kimmer hakim tayfa oldu, ərəblərin əcdadı isə məğlub nəsil oldu. Onların və digər xalqların qarışığından erməni xalqı yarandı. Erməni adı amorey və aramey ərəb tayfalarının adından yaranıb. İrəvanda ən böyük hava limanı Metsamordu. Mets erməni dilində böyük deməkdi, Amor ərəb tayfasının adıdı.

Assuriya ilə Babil arasında müharibə oldu. Bərdək Babilin tərəfini tutdu. Assuriya məğlub olandan sonra Babil hökmdarı Bərdəkin xalqına toxunmadı, onlara ixtiyar verdi ki, yaşadıqları torpağa hakim olsunlar. Burada knyazlıq yarandı. Tədricən bu hakim sinfi türk, xidmət edən tayfa isə ərəb olan bu xalq digər etnoslarla qaynadı, indiki erməni xalqı formalaşdı. 1946-cı ildə nəşr olunmuş kitabında Pyatrovski də bunu sübuta yetirib.

-Ermənilərin Van gölü sahilinə Kilikiyadan gəldiyinə dair fikirlər də var…

-Yuxarıdan qeyd etdiyim dövlət Suriyanın şimalında, Türkiyənin cənubunda, Kilikiyanın qərbində yarandı. Amma bu o demək deyil ki, o dövrdə yaranan erməni dili indiki erməni dilinə tam oxşayırdı, xeyr! Sonra dəfələrlə dəyişdi. Erməni knyazlıqları iki yerə bölündülər. Bir hissəsi İranın təsiri altına düşdü, bir hissəsi yunanların. Qədim erməni yazılı dili də iki yerə bölünür. Yunanların təsirində olanlarla İranın təsiri altında olanlar bir-birini başa düşmürdülər. Çox sonralar vahid erməni anlayışı yarandı. Bu proses birinc dünya müharibəsi ərəfəsində başa çatdı. Dünyanın yenidən bölüşdürülməsi məsələsi vardı. O zaman İstanbulda Malatiya Ormanyan adlı bir erməni arxiyepiskopu vardı-, o bir kitab çap etdirir. Yazır ki, indiki Türkiyədə erməni adı altında çoxlu xalqlar və kilsələr gizlənir. Onlar müstəqildilər, bir-birindən asılı deyillər, müxtəlif dillərdə danışırlar. Sadəcə qriqorian məzhəbində olduqlarına görə, onları erməni adı altında birləşdirmək olar. O, yazırdı ki, vahid xristian cəbhəsi yaratmasaq, Türkiyəni içəridən parçalamaq olmaz. Bu kitab Parisdə, sonra Sankt-Peterburqda çap olundu. Arxiyepiskopun bu fikri xristian dairələrinin diqqətini cəlb etdi. Türkiyəyə xristian missionerlər gəldi, onlar işə başladılar. Aysorlardan başqa digər xristian etnik qrupları erməni adı altında birləşdirdilər. Onların çoxu erməni dilini bilmirdi. Çoxu aysor, qıpçaq, xəzər dilində danışırdı. Xristian olduqlarına görə, onları erməni adı altında birləşdirdirlər. Əsas niyyət xristian xalqları Türkiyəyə qarşı qoymaq, Türkiyəni içəridən dağıtmaq idi. Onların arasında Amışka adlı bir xristian kəndi vardı. Osmanlı sultanının əmri ilə ermənilər Anadoludan köçürülməyə başladılar. Ermənilərin çoxu Suriyaya köşürüldü. Bir sıra kəndlər, o cümlədən həmin kənd köçmədi. Dedilər ki, biz xristian olsaq da, erməni deyilik, türkük, Beyrəklə Selcan Xatunun nəslindənik. Türkiyə müharibədən çıxdı, ancaq iqtisadi cəhətdən çox gerilədi. Missionerlər həkim, mühəndis adı ilə yenidən Anadoluya qayıtdılar, hansı kəndlər ki islamı qəbul etmişdi, həmin kəndlərin əhalisini yenidən xristian etdilər. Həmin kəndlərdən bir neçəsinin əhalisi türk idi. Və yuxarıda qeyd etdiyimiz kimi Beyrəyin nəslindəndir. “Dədə Qorqud” kitabında yazır ki, Beyrək həbsdə olanda xristian qızı Selcan onunla görüşə gəlir. Beyrək “mənim sevgilim var” deyib araya qılınc qoyur. Əslində belə deyil. Beyrək o qızla evlənir, ondan övladları olur. Beyrəklə Selcandan bir nəsil əmələ gəlmişdi. O nəsil sürgün olunana qədər deyirdilər ki, biz Beyrəyin nəslindənik. Ancaq o zaman bəzi paşalar bunun əhəmiyyətini anlamadılar, onları köçürdülər.

-Son araşdırmalar Qafqaz albanlarının dilinin tarixşünaslıqda “Erməni qıpçaqçası” adlanan dil olduğunu üzə çıxarıb. Qafqaz albanlarının aparıcı etnosu qıpçaqlar idi?

– Qafqaz albanları 26 tayfadan ibarət idi. Ən yayğın dil təbii ki, qıpçaq idi. Ancaq qıpçaqlar təkcə Albaniyada yaşamırdılar. Gürcüstanda da yaşayırdılar. Gürcüstan çarlarının ordusunu əsasən qıpçaqlar təşkil edirdi. Konkret alban dilinə gəlincə, görkəmli alim Ə.Dəmirçizadə albanları xaldeylərlə bağlayır. Xaldeylər (sözün kökündə “al” durur-İ.C) qədim bir mədəni tayfadır. Şumerdə Ur şəhərini onlar yaradıb. Mixi yazılara baxanda bunun doğru olduğunu gördüm. Albanlar Şumer tayfası olan Xaldeylərin içindən çıxıblar. Qəbul olunmuş fikrə görə, albanlar tarix səhnəsinə eradan əvvəl IV əsrdə çıxıblar. Makedoniyalı İsgəndərlə Əhəməni şahı Dara arasında döyüşdə albanların adı çəkilir. Amma 2 qiymətli mixi yazı var albanlar barədə. Bu yazılardan biri İrəvandan 25 kilometr aralı Göyçə gölünə yaxın Atamxan adlı kənddə qayalara yazılıb. Eradan əvvəl 782-ci ildə. Urartu çarı II Argişti qayaya yazdırıb ki, “Mən bu ölkəyə hücum etdim, albanların ölkəsini xaraba qoydum”. Qədim Urartu mətnində, xaldey dilində belədir: “Uru kur albani missibili”. Türkiyənin Kayseri şəhərinin yaxınlığında qədim yazılar tapılıb. Bizim əlimizdə Yankovskinin oxuduğu mətnlər var. Deməli, qədim bir qaladır. Qala yandırılıb, yerində Kültəpə qalıb. Ordakı yazılarda alban icması haqqında məlumat var. Orda alban icmasının nə qədər adamları var, hansı məbədləri var, nə qədər gümüş külçələri var. Bu yazılar sübut edir ki, Qafqaz albanlarının tarixi daha qədimdir. Məlum olur ki, qəbul olunmuş fikrə görə, eradan əvvəl IV əsr yox, eradan əvvəl XIV əsrdə alban xalqı vardı. Bu istiqamətdə tədqiqatları davam etdirəcəyik.

суббота, 18 октября 2014 г.

İNKİŞAFETDİRİCİ KURSLARA DƏVƏT

                                                                                   Təhsil  Problemləri  İnstitutunun
                 Təhsil Texnologiyaları Mərkəzi                  
2014/2015-ci  tədris ili üçün

İNKİŞAFETDİRİCİ  KURSLARA
QƏBUL ELAN EDİR


Kurslara qəbul seçim əsasında aparılacaq.

-V-VII sinif şagirdləri üçün (yeni fənn proqramları əsasında);
-VIII-X sinif şagirdləri üçün (baza təhsili);

Hər fənn 3 dəfə  olmaqla həftədə 6 gün dərs aparılır. Dərslər peşəkar müəllimlər tərəfindən aparılır. Mənimsəmə səviyyəsini müəyyən etmək üçün ayda bir dəfə test sınaq imtahanları keçiriləcək. Uğur qazananlara güzəştlər nəzərdə tutulur. Aylıq testin nəticələri üzrə 1-ci yer tutan həmin ay ödənişdən 100%, 2-ci yer tutan 50%,  3-cü yer tutan 30% azaddır.  Ödənişlər fənn sayına görə aşağıdakı kimi aparılır:

              -  Bir fənn üzrə kursa gələn üçün ödəniş 60 AZN;
              -   İki fənn üzrə kursa gələn üçün ödəniş 50 AZN;
               - Üç və daha çox fənn üzrə kursa gələn üçün ödəniş 40 AZN;

Qeyd: Qruplar ən azı 8 nəfərdən ibarət səviyyəyə görə təşkil edilir, fərdi yanaşma da nəzərdə tutulur.

    -  Kompüter kurslarına  hazırlıq (Aparat və proqram təminatı, Office proqram paketi, Qrafika proqramları: Corel Draw, Adobe Photoshop CS6, 3 ölçülü qrafika - 3DS max 2014, 1C);

Kursların müddəti: 

             -  Aparat və proqram təminatı - 2 ay (aylıq ödəniş 50 AZN);
                   -  Office proqram paketi – 3 ay (aylıq ödəniş 60 AZN);
                  -  Corel Draw, Adobe Photoshop CS6 -3 ay (aylıq ödəniş 70 AZN);
                   -  Dizayn proqramları və  3DS max 2014 – 4 ay(aylıq ödəniş 100 AZN);

- Qeydiyyat 10 oktyabrdan başlanmışdır. Maraqlananlar A.Cəlilov küçəsi-86 ünvanına müraciət edə bilərlər (MEGAFUN ailəvi istirahət mərkəzinin qarşısındakı bina I mərtəbə (Təhsil Texnologiyaları Mərkəzi).

Əlavə məlumat üçün Əlaqə telefonları: 490-27-21, mob: 055-875-52-03

Milli Müstəqillik Gününüz mübarək!

Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

пятница, 17 октября 2014 г.

Nazir: “Təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi istiqamətində müəyyən işlər həyata keçirilir”

Qısa müddət ərzində bu istiqamətdə də yeni layihələr elan olunacaq. Hazırda ali təhsil sahəsində Dünya Bankı ilə birgə yeni layihənin müzakirəsi həyata keçirilir. Təhsilin keyfiyyətinə nəzarət gücləndirilməlidir və bu istiqamətdə artıq müəyyən işlər həyata keçirilir”.
Xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, Boloniya prosesinə uyğun olaraq dərs yükünün optimallaşdırılması gələcəkdə də davam etdiriləcək. Təhsil naziri orta ixtisas təhsilində tətbiq olunan yeniliklər barədə danışarkən yeni kolleclərin yaradıldığını deyib. M.Cabbarov qeyd edib ki, bu sahədə təhsilin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Nazir onu da deyib ki, Boloniya sistemində nəzərdə tutulan elementlərin orta ixtisas təhsili sistemində də tətbiqinə başlanılıb.

Avropa və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti haqqında videoçarx


“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu seminar keçirəcək Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun həyata keçirdiyi “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar Hörmətli həmkarlar! 1-4 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları" mövzusunda seminar ( dörd günlük təlim proqramı, ödənişli) keçirir. Rusiya Təhsil Akademiyasının akademiki Psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvilinin müəllif seminarının proqramı Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidenti, yazıçı, psixoloq “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri Amonaşvili Paata Şalvoviçin iştirakı ilə. Qeydiyyat 2014-cü il oktyabr ayının 13-dən başlayır.  Ödəniş noyabr ayının 15-nə kimidir. Ödənişi etdikdən sonra seminarda və konfransda iştirakçı kimi qeydiyyata alınırsınız. Ünvan: TPİ-nun əsas binası, Zərifə Əliyeva küçəsi 9, Abşeron otelinin arxası, 3 nömrəli xəstəxananın yanı (28 may metrosundan 95, 1 nömrəli avtobusla gəlmək olur) 16-cı otaq4902721 0558755203 Facebook səhifəmiz: Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun həyata keçirdiyi “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar Bakı şəhəri, “Avropa” oteli, “Bakı” zalı
Dekabrın 1-i saat 2-də, qalan günləri isə saat 10:00-da başlayacaq