|
|||||||||
"Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır." Heydər Əliyev
İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
пятница, 31 октября 2014 г.
Təhsil Nazirliyinin yeni layihəsində ilk addımlar atılı
среда, 29 октября 2014 г.
2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı
müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il
tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2013-2014-cü dərs
ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı
müəllim” müsabiqələrinin keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
Azərbaycan
Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin
keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın
istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral
tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, “Ən yaxşı ümumtəhsil
məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilsin.
2013-2014-cü
dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən
yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi
ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə
aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri:
Firudin Qurbanov- Azərbaycan Respublikası təhsil nazirinin müavini
Təşkilat Komitəsinin üzvləri:
Mətin Eynullayev - Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev - Təhsil nazirinin müşaviri
Samir Vəliyev - Təhsil nazirinin müşaviri
Ağababa İbrahimov - Təhsil nazirinin müşaviri
Aydın Əhmədov- Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri
Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri
Sübhi Kazımov - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri
Rüfət Əliyev - Pilot layihələrlə iş sektorunun müdiri
Emin Əmrullayev - Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri
Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini
Müsabiqələrdə
iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin
müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi
təsdiq olunsun (əlavə edilir).
Müsabiqələrin
təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və
arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası
sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat
Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın
Əhmədova həvalə edilsin.
İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birgə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 oktyabr 2014-cü il
№1090
воскресенье, 26 октября 2014 г.
Sosial şəbəkələr sizi daha ağıllı edir
Sizin bu məqaləni oxuduğunuz zaman ərzində dünyanın müxtəlif
yerlərində olan təxminən 300.000 insan öz sevimli sosial şəbəkəsində
statusunu yeniləyəcək. Bu çox qəribədir. Bundan da qəribə olan isə, bu
vaxt ərzində 8 milyona yaxın insanın bu statusları oxumasıdır. Biz 96%
ehtimalla güman edirik ki, siz də hansısa sosial şəbəkədən istifadə
edirsiniz. O zaman, sizi təbrik etmək olar, çünki bu sizi savadlandırır.
Necə? Bu üsullarla:
1. Çox dost – çox ağıl
Beləliklə,
nə qədər çox dostunuz varsa, siz o qədər ağıllısınız. Əsasən, sosial
şəbəkələrdə çox dostu olan insanların beyin hissələri daha aktiv olur və
onların ad və üzü yadda saxlamaq qabiliyyəti daha çox inkişaf edir.
Lakin
alimlər hələ də bunun səbəbini dəqiq müəyyən edə bilməyiblər. Onların
bəziləri Facebookda dostlarla ünsiyyətin beyin hissəciklərini inkişaf
etdirdiyini, digərləri isə beyinlərinin bu hissəcikləri inkişaf etmiş
insanların daha çox sosial olduğunu düşünür. Bunun üçün alimlər bir qrup
Facebook istifadçisini uzun müddət ərzində izləyərək, onların
beyinlərində olan dəyişiklikləri tədqiq edəcəklər.
2. Yaddaşın yaxşılaşması
Sosial
şəbəkədə dostların sayının çox olmasının verdiyi əks təsirlərdən biri
də sizin onların bütün işləri haqqında məlumatlı olmağınızdır. Yəqin ki,
real həyatda hər birinizin tez-tez görüşdüyünüz bəzi tanışlarınız,
əməkdaşlarınız, sinif yoldaşlarınız və bəlkə də çox az sayda olan yaxın
dostlarınız var. Facebookda isə real həyatdan fərqli olaraq, insanın
200-dən də çox dostu ola bilər. Tədqiqatçılar düşünürlər ki, bu
insanların hərəkətlərini izləyərək, tədricən onların yaddaşını da
artırmaq olar.
Bunun əvvəlki bənddən fərqi
ondadır ki, bu bənd təkcə “minlərlə dostu olanlar”a aid deyil. Nə qədər
ki, sizin Facebook dostlarınızın siyahısı həyatdakından daha böyükdür,
sizin beyniniz ona daxil olan bütün informasiyanı emal etmək üçün daha
çox işləməli olacaq.
3. Digər insanlarla olan münasibətlər
Problemləri
həll etmək üçün digər insanlarla münasibət qurmaq bacarıığı təkcə
insanlara aid olan xüsusiyyət deyil. Lakin bizim bu bacarıqdan
heyvanlardan daha çox istifadə etməyimiz bizim beynimizin həcminin daha
böyük olmasının səbəblərindən biri ola bilər.
Dublinin
Triniti kollecindən olan bir qrup tədqiqatçı, məsələni həll etmək üçün
birlikdə və ya ayrılıqda çalışmaq haqqında qərar verəcək iki insanın
neyron yollarını araşdırıblar. Məlum olub ki, əməkdaşlıq edərkən beyin,
daha çox neyron yolu yaradır, çünki o, ikinci insanın da hərəkətlərini
nəzərə almalı olur. Beyin, daha çox potensial nəticə əldə etmək üçün
böyüyüb və dəyişib.
Bizim beynimiz bizi əhatə
edən insanlarla həmişə əlaqədə olur. Əlbəttə ki, bu təkcə Facebookda
yox, digər sosial şəbəkələrin populyarlaşması ilə də əlaqədardır. 30
müxtəlif ölkədən olan gənclərlə aparılan araşdırmadan sonra məlum olub
ki, onların 40%-dən çoxu digərləri ilə internet vasitəsilə ünsiyyət
qurmağı daha üstün tutur.
4. Müsbət emosiyalar
Facebook
haqqında bir çox mənfi keyfiyyətləri sadalamaq olsa da, dostlar və
ailəylə daima ünsiyyətdə olmaq imkanı çox müsbət keyfiyyətdir. Hətta az
miqdarda olan müsbət emosiyalar da düşüncə tərzinin genişlənməsinə və
aydınlanmasına təsir edir. Araşdırmalar göstərib ki, insanlar videoya
baxdıqdan sonra şifahi və vizual biliklər üçün olan testləri daha yaxşı
edir.
Başqa bir təcrübədə isə həkimlərdən
filmlərdən olan müsbət kadrlara və ya şəkillərə baxmaq, sonra isə
xəstəyə diaqnoz qoymaq xahiş olunub. İşini yaxşı əhval-ruhiyyə ilə
yerinə yetirənlər diaqnozu daha tez qoyub.
5. Mələk kimi heyvanlar
Facebook
və digər sosial şəbəkələrdə həddən çox kiçik pişik balalarının və
itlərin şəkilləri var və istifadəçilər də zaman-zaman bu şəkilləri
bir-birləri ilə bölüşürlər. Və bu da müsbət effektə malikdir, çünki
məsum heyvanların şəkilləri bizə diqqətimizi daha yaxşı cəmləməyə və işi
daha effektiv yerinə yetirməyə yardım edir.
Bu
sahədə də təcrübə keçirilib. Təcrübədə iştirak edənlərin bir hissəsi
uzun rəqəm zəncirindən konkret rəqəmi tapmalı, digərləri isə məntiqi
kompüter oyunu oynamalı olublar. Bu insanların bəzilərinə kiçik pişik
balalarının, digərlərinə böyük heyvanların, başqalarına isə qida
məhsullarının şəkilləri göstərilib.
Pişik balalarının şəkillərinə baxanlar işi daha effektiv şəkildə yerinə yetirib.
6. Yazı bacarıqları
Belə
bir fikir var ki, nəsillər ildən-ilə axmaqlaşır. Twitter və SMS
vasitəsilə olan yazışmalar insanların yazı yazmaq bacarıqlarını aşağı
salır. Lakin bu heç də belə deyil. Bizim nəslimizin insanları sosial
şəbəkələrin hesabına daha çox və daha yaxşı yazır.
Facebookda
yazı yazan gənclərin yazı bacarıqları get-gedə yaxşılaşır. Bundan
başqa, onlar öz fikirlərini daha səlis şəkildə ifadə edir. Məsələ
burasındadır ki, bu insanlar öz yazı üslubunu müəyyən situasiyaya uyğun
qura bilirlər. Razılaşın ki, Facebook yazışmaları, elektron məktublar və
məktəb referatları eyni adam tərəfindən yazılsa da, üslubuna görə
fərqlənirlər. Bu insanların ünsiyyət zamanı bir dildən digər dilə
keçməsini xatırladır.
7. Oxu bacarığı
Hər
şeydən əvvəl. Facebook bir oxu saytıdır. Yazışmaların çoxu mənasız
görünsə də, siz bu yazıları oxuyursunuz və bu da sizin beyninizə 1000
müxtəlif yolla təsir edir. Araşdırmalardan birində insanlara kitab
oxumaq tapşırılıb və bu zaman ərzində də maqnit-rezonans tomoqrafiysaı
həyata keçirilib. Bəzi insanlar oxu zamanı çətin infərmasiyanı analiz
etməli olsalar da, digərləri sadəcə zövq alaraq oxuyublar.
Oxunan
mətnin üslub fərqi müxtəlif psixiki funksiyalar buraxaraq, beynin
müxtəlif hissələrində qan dövranının sürətlənməsinə səbəb olub. Face
bookdakı yazıların müxtəlifliyi beynimizin müxtəlif hissələrini
aktivləşdirir.
Başqa sözlə desək, pizzanın
reseptini və siyasi məqaləni oxumaq beynimizin müxtəlif hissələrini
aktiv edir. Bunun sayəsində daha bir maraqlı effekti-selektiv oxu
bacarığını-müşahidə etmək olar. Xəbər lentini izləyərkən beyin mətnlərdə
olan müəyyən sözləri və söz birləşmələrini tutur, onları sortlaşdırır
və nəticədə, fikir ən maraqlı infərmasiyada cəmləşir.
8. Müzakirə və mübahisə etmək bacarığı
Sosial
şəbəkələrin və ümumilikdə, internetin əsas məqsədi insanların nəyisə
kimləsə, istənilən zaman müzakirə etməsidir. Beyin bundan həzz alır.
Fikir var ki, mübahisə prosesinin özü insan intellektinin əsas
mənbəyidir. Arqumentlərin axtarışından ibarət olan psixoloji proses isə
beyin üçün əsl idmandır.
Mübahisə sizi abstrakt düşünməyə vadar edir bu məntiqi dialoqu qura bilmək üçün çox zəruridir.
Nitqi kamilləşdirən bir neçə üsul
Öz fikirlərimizi düzgün formada necə ifadə edə bilərik .Gözəl
qorulan nitqi daim sona qədər dinləmək xoşdur. Amma xoşa gəlməz
sözlərlə və ifadələrlə olan nitqi duyduqda qulaqları bağlayıb ordan
qaçmaq istənir. Yüksək
intellektə malik olan bir çox insan, habelə maraqlı şəxsiyyətlər
bununla belə öz fikirlərini, hisləri və emosiyalarını sözlərlə ifadə edə
bilmirlər. Amma,
yaxşı qurulmuş nitq və danışıq tərzi təbiətdən gələn hədiyyə deyil, onu
daim işlətmək və məşq keçmək lazımdır. Hətta əgər siz peşəkar natiq
olmaq istəmirsinizsə belə sizə bu bacarıqlar mane olmayacaq. Beləliklə sizə sizin nitqini kamilləşdirəcək bir neçə üsulu təqdim edirik.
1) Müxtəlif sahələrdə ədəbiyyat oxuyun: qəzetlər, jurnallar. Yaxşı variantlardan biri bizim yerli klassiklərimizdən oxumaq olar. Tələsmədən oxumaq lazımdır və hər təklifin, cümlənin üstündə düşünmək gərəkdir. Bu sizə təkliflərə sözləri düzgün tikməyi öyrənmək imkanı verəcək və sizin söz ehtiyatınızı artıracaq.
2) Öz nitqinizdən parazit sözləri çıxarmağa (istisna etməyə) çalışın: "yaxşı (amma)", "ümumiyyətlə", "necə olursa olsun", "yaxşı (amma) bu" və s. kimi sözləri çalışın işlətməyin. Danışıqda güclü emosiyalar ifadə etməməyə çalışın. Sadə frazalardan istifadə edin.
3) Nitqin tempini mütləq izləmək lazımdır. Monoton nitq sıxıntının ağılsız hissinə səbəb olur. Pauzaya dözün və müəyyən anlar emosiyalarla seçin.
4) Söhbət vaxtı müxtəlif metaforaları istifadə edin. Müqaisələr, məsəllər işlədin. Bu sizin nitqinizi əhəmiyyətli dərəcədə dirildəcək. Və əlbəttə ki, yumor. Zarafat eləmək münasibdirsə, lazımdır.
5) Öz nitqinizi məşq etdirmək üçün, ünsiyyət üçün geniş mühitə malik olmaq lazımdır. O olmadıqda isə radio və televizor uyğundur. Öz sevimli televiziya aparıcınızı yamsılamağa cəhd etmək olar: onun frazalarını təkrarlamaq, intonasiyaları köçürmək kimi şeylər.
6) Daha bir məzəli tapşırıq var. Hər hansı ev predmetini götürün, məsələn, tavanı və 5 dəqiqə ərzində yoxlayın ki, onun haqqında gözəl ədəbi dildə danışmağa cəhd edin. Əvvəlcə bu proses sizdə açıq çətinliklərə səbəb olacaq, amma təkrarladıqca sadələşəcək. Məşq müddətini tədricən artırın və mövzunu çətinləşdirin.
Tədricən söz ehtiyatını dolduraraq və danışıqda bütün bu biliklərdən istifadə edərək, siz hiss edəcəksiniz ki, siz sözlərin üstündə hakimiyyəti əldə etdiniz və indi onlar sizə xidmət edirlər.
İnformasiyanı isə hər yerdən götürmək lazımdır: kitablardan, məqalələrdən, qəzetlərdən və s.
Sizdə belə məşqlərinizin bir neçə ay sonrası artıq danışıqda sizin fikirlərinizin ifadəsində problemlər olmayacaq. Siz yüngül və əlçatan dillə mürəkkəb hisslərin mahiyyətini də izah edə biləcəksiniz. (Wsemir.com)

пятница, 24 октября 2014 г.
Bakı məktəblərində daha bir yenilik: HAZIRLIQ QRUPLARI AÇILIR
Azərbaycan
Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra
məktəblərdə məktəbəqədər hazırlıq qrupları açılır. Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, oktyabrın 15-dən
mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq
qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs
prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.
Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər hazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə üstünlük verilib.
2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla aparılacaq. Sonda hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd – arayış veriləcək.
Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcək.
Qeyd edək ki, hazırlıq qrupları 89 məktəbdə
(5, 7, 10, 16, 17, 22, 24, 29, 32, 35, 36, 42, 44, 45, 47, 48, 51, 53, 54, 56, 59, 60, 62, 67, 68, 70, 71, 87, 99, 102, 104, 108, 111, 112, 114, 117, 120, 121, 124, 126, 128, 129, 138, 142, 155, 156, 165, 168, 176, 181, 187, 188, 191, 193, 204, 210, 212, 220, 221, 226, 229, 230, 232, 233, 234, 240, 245, 250, 252, 255, 258, 263, 265, 270, 274, 276, 279, 281, 282, 290, 297, 305, 307, 316, 318, 320, 321, 322, 327 nömrəli məktəblər) fəaliyyət göstərəcəkdir.

четверг, 23 октября 2014 г.
İlhami Cəfərsoylu: “Erməni arxiyepiskopu deyirdi ki, vahid xristian cəbhəsi yaratmasaq, Türkiyəni içəridən parçalamaq olmaz”
Uydurma faktlarla özlərinə tarix “yaratmış” ermənilər Qafqaz Albaniyasının cənub-şərq hissəsində, özəlliklə də Dağlıq Qarabağ və Zəngəzur ərazilərində antik dövrlərdə yaradılmış maddi mədəniyyət nümunələrinə iddia edirlər. Bu bölgədə yaradılmış mədəniyyətin ermənilərə aiddiyyatı varmı? Qərb ictimai rəyində hakim “Qarabağ xristian sivilizisiyasının mərkəzidir” fikrinin “Qarabağda yaradılmış mədəniyyətin müəllifi inanc etibarilə xristian olan Qafqaz albanlarının, yəni türklərindir” fikrinə çevrilməsi istiqamətində hansı addımlar atılıb
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının suallarını AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoylu cavablandırır:
-Qafqaz Albaniyasının şərqində, o cümlədən Qarabağ ərazisində formalaşmış xristian mədəniyyətinin ermənilərə heç bir aiddiyyatı yoxdur. Bu istiqamətdə 20 ildir obyektiv elmi araşdırmalar aparılıb və bu nəticəyə gəlinib ki, ermənilər bu ərazilərə gəlmədirlər. Ancaq hələ də qaranlıq olan məsələlər var. Ermənilər özlərini hay adlandırırlar. Ancaq hayların tarixi, yaşadıqları coğrafi ərazilər var. Bu, Suriyanın şimalından, Türkiyənin cənubundan, Kilikiya dağlarına qədər olan ərazidə yaşayıblar. Haylar qədim bir tayfadır, erməni tamamilə başqadır. İstər erməni olsun, istər hay, onların Albaniyada heç bir haqqı yoxdur və orada yaşamayıblar. Bununla bağlı tarixşünaslığın, o cümlədən dil tarixinin qarşısında çətin bur sual durur. Biz sübuta yetrməliyik ki, haylarla ermənilərin əlaqəsi yoxdur. Son tədqiqatlarda göstərilir ki, hay türk əsilli tayfalardan biridir. Qədim mənbələrin 90 faizində onlar “Ay” adlanır. Niyə? Çünki bayraqlarında ay şəkli var, aya sitayiş edirdilər. Ay uzanan h ilə deyiləndə bəzi mənbələrdə belə yazılır. Hayların ermənilərlə heç bir genetik qohumluğu yoxdur. Alban, aran, hay nəsilləri Qafqazda, Türkiyə ərazisində hətta qədim Misirdə yanaşı yaşayıblar. Onların hər üçü bizim əcdadlarımızdır.
- Bəs dil qohumluğu necə?
– Hayların dilinə gəlincə, onların ermənilərlə heç bir dil əlaqələri yoxdur. Hayların dili iltsaqidir, indiki ermənilərin dili fleqtiv dilidir. Fleqtiv dili fars, alman dilinə bənzəyir. İlsaqi dillər türk dilləri də daxil olmaqla bir sıra dillərdir. İltsaqi dillərdə sözün kökü dəyişməz qalır, şəkilçi ilə yeni məna yaranır. Hay xalqının dili tamamilə türk dilinə uyğun gəlir. Amma indiki erməni dilində bəzi sözlər var ki, onlardan alınmadı. Həmin sözlər bizlərdə də işlənir, onlarda da. Məsələn, yeraltı dünyanın sahibinə haylar da, Azərbaycan və Türkiyədə yaşayan etnoslar da gor deyirlər. Qədim aran nəsli, qədim hay nəsli suya su, göyə gök, yerə yer, vulkana atma deyirdilər. Onlarla belə söz var. Qrammatik quruluşa görə, qədim hay dili türk dillərindən biridir. Sadəcə, sami dillərinin təsirinə məruz qalıblar. Onların yazılı dillərində də fərqlər var. Haylar igid xalq idilər. Pələng növü olan, dağlarda yaşayan barsları ov etmək üçün hazırlayırdılar. Həmin barsa qədim hayca it deyirdilər. Qrabar dilində bu ins yazırlır. Ona görə ki, ənənə samilərdən gəlirdi. Hayların yaratdığı xırda, orta səviyyəli knyazlıqlar türk mənşəli idi. Məsələn, hay nəslindən biri Sarukdu. Yəni Sarı. Amma indiki erməni və digər hind-Avropa dillərində sarı sözü yoxdu. Erməni xalqı 17-18 etnosdan yaranıb. Hayların onlara aiddiyyatı yoxdu. Haylar assuriyalılar, əhəmənilər tətəfindən şimala sıxışdırıldılar. Musa Xorenlinin maraqlı bir fikri var: (yeri gəlmişkən, “erməni tarxiçisi” hesab edilən Musa Xorenli özü də erməni deyil-İ.C) “O yerdəki hay dilində danışanların ölkəsi qurtarır, o yerdə Sisakan dilində danışan xalqın ölkəsi başlanır. Bu yer hara idi? İndiki Ağrıdağ, Sisyan, İrəvan çökəkliyi. Haylar belə indiki Ermənistan ərazisinə keçməyib. Tarixən indiki Ermənistan bizim torpağımız olub”.
– Bəs “erməni” etnonimi haradan meydana çıxıb?
– “Erməni” adı haqqında bir neçə fikir var. Onları təkrar etmək istəmirəm. VII əsrdə yaşamış tarxiçi suriyalı səlnaməçi Sebeos yazır ki, Şirin aramey qızıdı. Bəzi ədəbiyyatçılar, o cümlədən erməni tarixçiləri buna istinadən Şirini erməni hesab edirlər. Amma erməni sözü necə əmələ gəlib? Eramızdan əvvəl VII əsrin sonu, VI əsrin əvvəllərində Ərəbistan yarımadasında yeni bir etnik dalğa yarandı. Əvvəlki dalğa amoreylər idi. Yəhudi və ərəblərin əcdadı. Onlar gəldilər vuruşa-vuruşa Suriya, İsraildən keçdilər, indiki Türkiyə ərazisində hetlərlərlə savaşdılar, geri çəkildilər. Tədricən oturaq həyata keçdilər. İkinci dalğa arameylər idi. Bunlar da sami mənşəli idi. Ərəbistan yarımasından hücum etdilər, Aralıq dənizinin sahilindən Suriyaya çatdılar. Burada hetlərlə vuruşdular, onlar da məğlub oldular. Xeyli hissəsi oturaq həyata keçdi. Onların böyük bir qolu indiki Türkiyənin cənubunda, Suriyanın şimalında Kilikiya qərbində məskunlaşdı. Azərbaycandan ora köçən kimmer tayfa başçılarından Bərdək adlı biri onlar üzərində hökmran oldu. Kimmer hakim tayfa oldu, ərəblərin əcdadı isə məğlub nəsil oldu. Onların və digər xalqların qarışığından erməni xalqı yarandı. Erməni adı amorey və aramey ərəb tayfalarının adından yaranıb. İrəvanda ən böyük hava limanı Metsamordu. Mets erməni dilində böyük deməkdi, Amor ərəb tayfasının adıdı.
Assuriya ilə Babil arasında müharibə oldu. Bərdək Babilin tərəfini tutdu. Assuriya məğlub olandan sonra Babil hökmdarı Bərdəkin xalqına toxunmadı, onlara ixtiyar verdi ki, yaşadıqları torpağa hakim olsunlar. Burada knyazlıq yarandı. Tədricən bu hakim sinfi türk, xidmət edən tayfa isə ərəb olan bu xalq digər etnoslarla qaynadı, indiki erməni xalqı formalaşdı. 1946-cı ildə nəşr olunmuş kitabında Pyatrovski də bunu sübuta yetirib.
-Ermənilərin Van gölü sahilinə Kilikiyadan gəldiyinə dair fikirlər də var…
-Yuxarıdan qeyd etdiyim dövlət Suriyanın şimalında, Türkiyənin cənubunda, Kilikiyanın qərbində yarandı. Amma bu o demək deyil ki, o dövrdə yaranan erməni dili indiki erməni dilinə tam oxşayırdı, xeyr! Sonra dəfələrlə dəyişdi. Erməni knyazlıqları iki yerə bölündülər. Bir hissəsi İranın təsiri altına düşdü, bir hissəsi yunanların. Qədim erməni yazılı dili də iki yerə bölünür. Yunanların təsirində olanlarla İranın təsiri altında olanlar bir-birini başa düşmürdülər. Çox sonralar vahid erməni anlayışı yarandı. Bu proses birinc dünya müharibəsi ərəfəsində başa çatdı. Dünyanın yenidən bölüşdürülməsi məsələsi vardı. O zaman İstanbulda Malatiya Ormanyan adlı bir erməni arxiyepiskopu vardı-, o bir kitab çap etdirir. Yazır ki, indiki Türkiyədə erməni adı altında çoxlu xalqlar və kilsələr gizlənir. Onlar müstəqildilər, bir-birindən asılı deyillər, müxtəlif dillərdə danışırlar. Sadəcə qriqorian məzhəbində olduqlarına görə, onları erməni adı altında birləşdirmək olar. O, yazırdı ki, vahid xristian cəbhəsi yaratmasaq, Türkiyəni içəridən parçalamaq olmaz. Bu kitab Parisdə, sonra Sankt-Peterburqda çap olundu. Arxiyepiskopun bu fikri xristian dairələrinin diqqətini cəlb etdi. Türkiyəyə xristian missionerlər gəldi, onlar işə başladılar. Aysorlardan başqa digər xristian etnik qrupları erməni adı altında birləşdirdilər. Onların çoxu erməni dilini bilmirdi. Çoxu aysor, qıpçaq, xəzər dilində danışırdı. Xristian olduqlarına görə, onları erməni adı altında birləşdirdirlər. Əsas niyyət xristian xalqları Türkiyəyə qarşı qoymaq, Türkiyəni içəridən dağıtmaq idi. Onların arasında Amışka adlı bir xristian kəndi vardı. Osmanlı sultanının əmri ilə ermənilər Anadoludan köçürülməyə başladılar. Ermənilərin çoxu Suriyaya köşürüldü. Bir sıra kəndlər, o cümlədən həmin kənd köçmədi. Dedilər ki, biz xristian olsaq da, erməni deyilik, türkük, Beyrəklə Selcan Xatunun nəslindənik. Türkiyə müharibədən çıxdı, ancaq iqtisadi cəhətdən çox gerilədi. Missionerlər həkim, mühəndis adı ilə yenidən Anadoluya qayıtdılar, hansı kəndlər ki islamı qəbul etmişdi, həmin kəndlərin əhalisini yenidən xristian etdilər. Həmin kəndlərdən bir neçəsinin əhalisi türk idi. Və yuxarıda qeyd etdiyimiz kimi Beyrəyin nəslindəndir. “Dədə Qorqud” kitabında yazır ki, Beyrək həbsdə olanda xristian qızı Selcan onunla görüşə gəlir. Beyrək “mənim sevgilim var” deyib araya qılınc qoyur. Əslində belə deyil. Beyrək o qızla evlənir, ondan övladları olur. Beyrəklə Selcandan bir nəsil əmələ gəlmişdi. O nəsil sürgün olunana qədər deyirdilər ki, biz Beyrəyin nəslindənik. Ancaq o zaman bəzi paşalar bunun əhəmiyyətini anlamadılar, onları köçürdülər.
-Son araşdırmalar Qafqaz albanlarının dilinin tarixşünaslıqda “Erməni qıpçaqçası” adlanan dil olduğunu üzə çıxarıb. Qafqaz albanlarının aparıcı etnosu qıpçaqlar idi?
– Qafqaz albanları 26 tayfadan ibarət idi. Ən yayğın dil təbii ki, qıpçaq idi. Ancaq qıpçaqlar təkcə Albaniyada yaşamırdılar. Gürcüstanda da yaşayırdılar. Gürcüstan çarlarının ordusunu əsasən qıpçaqlar təşkil edirdi. Konkret alban dilinə gəlincə, görkəmli alim Ə.Dəmirçizadə albanları xaldeylərlə bağlayır. Xaldeylər (sözün kökündə “al” durur-İ.C) qədim bir mədəni tayfadır. Şumerdə Ur şəhərini onlar yaradıb. Mixi yazılara baxanda bunun doğru olduğunu gördüm. Albanlar Şumer tayfası olan Xaldeylərin içindən çıxıblar. Qəbul olunmuş fikrə görə, albanlar tarix səhnəsinə eradan əvvəl IV əsrdə çıxıblar. Makedoniyalı İsgəndərlə Əhəməni şahı Dara arasında döyüşdə albanların adı çəkilir. Amma 2 qiymətli mixi yazı var albanlar barədə. Bu yazılardan biri İrəvandan 25 kilometr aralı Göyçə gölünə yaxın Atamxan adlı kənddə qayalara yazılıb. Eradan əvvəl 782-ci ildə. Urartu çarı II Argişti qayaya yazdırıb ki, “Mən bu ölkəyə hücum etdim, albanların ölkəsini xaraba qoydum”. Qədim Urartu mətnində, xaldey dilində belədir: “Uru kur albani missibili”. Türkiyənin Kayseri şəhərinin yaxınlığında qədim yazılar tapılıb. Bizim əlimizdə Yankovskinin oxuduğu mətnlər var. Deməli, qədim bir qaladır. Qala yandırılıb, yerində Kültəpə qalıb. Ordakı yazılarda alban icması haqqında məlumat var. Orda alban icmasının nə qədər adamları var, hansı məbədləri var, nə qədər gümüş külçələri var. Bu yazılar sübut edir ki, Qafqaz albanlarının tarixi daha qədimdir. Məlum olur ki, qəbul olunmuş fikrə görə, eradan əvvəl IV əsr yox, eradan əvvəl XIV əsrdə alban xalqı vardı. Bu istiqamətdə tədqiqatları davam etdirəcəyik.

суббота, 18 октября 2014 г.
İNKİŞAFETDİRİCİ KURSLARA DƏVƏT
Təhsil Problemləri İnstitutunun
Kurslara qəbul seçim əsasında aparılacaq.
-V-VII sinif şagirdləri üçün (yeni fənn proqramları əsasında);
-VIII-X sinif şagirdləri üçün (baza təhsili);
Hər fənn 3 dəfə olmaqla həftədə 6 gün dərs aparılır. Dərslər peşəkar müəllimlər tərəfindən aparılır. Mənimsəmə səviyyəsini müəyyən etmək üçün ayda bir dəfə test sınaq imtahanları keçiriləcək. Uğur qazananlara güzəştlər nəzərdə tutulur. Aylıq testin nəticələri üzrə 1-ci yer tutan həmin ay ödənişdən 100%, 2-ci yer tutan 50%, 3-cü yer tutan 30% azaddır. Ödənişlər fənn sayına görə aşağıdakı kimi aparılır:
- Bir fənn üzrə kursa gələn üçün ödəniş 60 AZN;
- İki fənn üzrə kursa gələn üçün ödəniş 50 AZN;
- Üç və daha çox fənn üzrə kursa gələn üçün ödəniş 40 AZN;
Qeyd: Qruplar ən azı 8 nəfərdən ibarət səviyyəyə görə təşkil edilir, fərdi yanaşma da nəzərdə tutulur.
- Kompüter kurslarına hazırlıq (Aparat və proqram təminatı, Office proqram paketi, Qrafika proqramları: Corel Draw, Adobe Photoshop CS6, 3 ölçülü qrafika - 3DS max 2014, 1C);
Kursların müddəti:
- Aparat və proqram təminatı - 2 ay (aylıq ödəniş 50 AZN);
- Office proqram paketi – 3 ay (aylıq ödəniş 60 AZN);
- Corel Draw, Adobe Photoshop CS6 -3 ay (aylıq ödəniş 70 AZN);
- Dizayn proqramları və 3DS max 2014 – 4 ay(aylıq ödəniş 100 AZN);
- Qeydiyyat 10 oktyabrdan başlanmışdır. Maraqlananlar A.Cəlilov küçəsi-86 ünvanına müraciət edə bilərlər (MEGAFUN ailəvi istirahət mərkəzinin qarşısındakı bina I mərtəbə (Təhsil Texnologiyaları Mərkəzi).
Əlavə məlumat üçün Əlaqə telefonları: 490-27-21, mob: 055-875-52-03
Təhsil Texnologiyaları Mərkəzi
2014/2015-ci tədris ili üçün
İNKİŞAFETDİRİCİ KURSLARA
QƏBUL ELAN EDİR

Milli Müstəqillik Gününüz mübarək!
пятница, 17 октября 2014 г.
Nazir: “Təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi istiqamətində müəyyən işlər həyata keçirilir”
Qısa müddət ərzində bu istiqamətdə də yeni layihələr
elan olunacaq. Hazırda ali təhsil sahəsində Dünya Bankı ilə birgə yeni
layihənin müzakirəsi həyata keçirilir. Təhsilin keyfiyyətinə nəzarət
gücləndirilməlidir və bu istiqamətdə artıq müəyyən işlər həyata
keçirilir”.
Xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, Boloniya prosesinə uyğun olaraq dərs yükünün optimallaşdırılması gələcəkdə də davam etdiriləcək. Təhsil naziri orta ixtisas təhsilində tətbiq olunan yeniliklər barədə danışarkən yeni kolleclərin yaradıldığını deyib. M.Cabbarov qeyd edib ki, bu sahədə təhsilin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Nazir onu da deyib ki, Boloniya sistemində nəzərdə tutulan elementlərin orta ixtisas təhsili sistemində də tətbiqinə başlanılıb.

“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutu seminar keçirəcək
Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun
həyata keçirdiyi “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist
yanaşmanın əsasları”
mövzusunda seminar
Hörmətli həmkarlar!
1-4 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi
və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu “Təhsil
prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları"
mövzusunda seminar ( dörd günlük təlim proqramı, ödənişli) keçirir.
Rusiya Təhsil Akademiyasının akademiki
Psixologiya elmləri doktoru, professor
Şalva Aleksandroviç Amonaşvilinin
müəllif seminarının proqramı
Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidenti,
yazıçı, psixoloq “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri
Amonaşvili Paata Şalvoviçin iştirakı ilə.
Qeydiyyat 2014-cü il oktyabr ayının 13-dən başlayır. Ödəniş noyabr
ayının 15-nə kimidir. Ödənişi etdikdən sonra seminarda və konfransda
iştirakçı kimi qeydiyyata alınırsınız. Ünvan: TPİ-nun əsas binası,
Zərifə Əliyeva küçəsi 9, Abşeron otelinin arxası, 3 nömrəli xəstəxananın
yanı (28 may metrosundan 95, 1 nömrəli avtobusla gəlmək olur) 16-cı
otaq4902721
0558755203
Facebook səhifəmiz: Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun həyata
keçirdiyi “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist
yanaşmanın əsasları” mövzusunda seminar Bakı şəhəri, “Avropa” oteli, “Bakı” zalı
Dekabrın 1-i saat 2-də, qalan günləri isə saat 10:00-da başlayacaq

среда, 8 октября 2014 г.
суббота, 4 октября 2014 г.
Qurban bayramı
Əziz müəllimlər qurbanınız qoyun, niyətiniz qəbul olsun, səadət dolu günləriniz olsun, bayramınız mübarək olsun.
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".
Allaha
qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər
oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva
bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq
bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox
sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah
qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din
tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir.
Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz
sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb,
yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu
rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi
qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə
rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar
bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində
də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii
fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.
"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim
namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah
üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki,
Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri
zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn
Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından
sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna)
əməl etmişdir".Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".
пятница, 3 октября 2014 г.
Müəllimlik
ən müqəddəs sənətdir.
Beynəlxalq müəllimlər günü, 5 oktyabr - Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Günlər keçir, illər illərə calanır, biz həyatımızda çox şeyi unuduruq. Amma heç zaman ilk müəllimimiz və sevimli müəllimimiz yaddan çıxmır, xatirədən silinmir. Axı bizlərin hər birinə elm qapısının açarını ilk müəllimimiz təqdim edib, bizləri əsrarəngsiz dünya ilə müllimlərimiz qovuşdurub.
İlk
dəfə əlimə qələm almağı,
Oturub partada yazı yazmağı,
Özümə yeni bir dünya qurmağı,
Sən öyrətdin mənə ilk müəllimim.
Müəllimlik ən müqəddəs sənətdir. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın sinfoniyasını, dastanların nəğməsini, sözünü yaradan şairlərin, yazıçıların, möhtəşəmliyi ilə göz oxşayan binaları ucaldan, parkları salan memarların, insanlara həyat bəxş edən həkimlərin və yüzlərlə digər sənət sahiblərinin yaradıcısı kimdir?! Əlbətdə ki, müəllim! Müəllim böyük memardır, həyatın yaradıcısıdır.Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı , bilikli, dünyagörüşlü nümunəvi əxlaqa malik insanlar yetişir.
Müəllim, ulu öndərimizin söylədiyi kimi, bizi həyata hazırlayan və bu günlərə gətirib çıxaran insandır. Əgər həyat yolumuza nəzər salsaq, yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər birimizin valideynlərimizlə bərabər müəllimlərə borclu olduğumuzu görərik. Biz hər birimiz müəllimlərimizin göstərdiyi yolla hədəflərə doğru getmişik. Bu bir missiyadır.
Müdriklər deyir ki, müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər. Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahını davam etdirən onlarla digər müəllimlər. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar.
Azərbaycanın yeni təhsil fəlsəfəsinin də əsas sütunlarından biri müəllim şəxsiyyəti üzərində qurulub. Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir.
Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir.

Подписаться на:
Сообщения (Atom)