суббота, 13 декабря 2014 г.

Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlıdır

Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlıdır
ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın 50 namizədi arasında Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin də adı var.

Trend-in Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinə istinadən verdiyi məlumata görə, mükafat fondu 1 milyon ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib.

Final mərhələsinə isə M.Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edib. Bu müsabiqədə Azərbaycanı təmsil edən M.Qarakişiyev postsovet məkanı ölkələrindən yeganə namizəd olub.

Müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1 milyon ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.

пятница, 12 декабря 2014 г.

Heydər Əliyevin vəfatından 11 il ötür

12 DEKABR AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR
 



Mərhum prezident 2003-cü ildə dünyasını dəyişib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir.
 Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.
Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimləri təşkil edirlər.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Ulu Öndər Təhsil Problemləri İnstitutunda anıldı

 

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, toplantı iştirakçıları ilk öncə ayağa qalxaraq bir dəqiqəlik sükutla Ulu öndər Heydər Əliyevi yad ediblər. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə institutun direktoru Qulu Novruzov açıb. Natiq Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı uğurlu addımlardan bəhs edib. İnstitutun direktoru Ulu Öndərin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik bir şəxsiyyət olduğunu bir daha xüsusi olaraq vurğulayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən bütün sahələrdə olduğu kimi elm, təhsil və mədəniyyət sahələrinin inkişafında da göstərdiyi əvəzolunmaz xidmətlərindən və genişmiqyaslı dövlət quruculuq sahəsində gördüyü işlərdən danışıb. Çıxışında Azərbaycan xalqının həqiqətən də xoşbəxt xalq olduğunu vurğulayaraq bildirib ki, uğurla başlanan inkişaf proqramları və Ulu Öndərin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Təhsil Problemləri İnstitutunun digər əməkdaşları da Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü böyük və uğurlu fəaliyyətinə işıq salıblar. Çıxışçılar Ümumilli Lider Heydər Əliyev siyasətinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Tədbirdə TPİ-nin direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri, professor- müəllim heyəti, institutun əməkdaşları, doktorant və dissertantlar iştirak ediblər.



Təhsil Problemləri İnstitutunda Humanist Pedaqogika Mərkəzi açılıb


  Dekabrın 3-də Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda Humanist Pedaqogika Mərkəzinin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə Təhsil Problemləri İnstitutunun  direktoru, hüquq üzrə fəlsəfə doktoru  Qulu Novruzov, "Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları" mövzusunda keçirilən seminarla əlaqədar Bakıda səfərdə olan Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili və onunla birgə adıçəkilən tədbirə qatılan  
Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili, Moskvada fəaliyyət göstərən "Valideyn qayğısı" Beynəlxalq İctimai Hərəkatın sədri Klara Mansurova, Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial direktou, Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru Valeriy Voşin  iştirak ediblər. Təhsil  Problemləri İnstitutunun direktoru Qulu Novruzov və  Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti,  psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili Humanist Pedaqogika Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lenti kəsərək bu münasibətlə hamını təbrik ediblər. Tanınmış  alim Şalva Amonaşvilini və digər qonaqları Humanist Pedaqogika Mərkəzində yaradılmış şəraitlə yaxından tanış edən direktor  Qulu Novruzov ölkə başçısı cənab İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xosməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond tərəfindən təhsillə bağlı  həyata keçirilən irimiqyaslı tədbirlərdən, sosialyönümlü layihələrdən danışıb.


 Azərbaycanda ilk dəfə belə bir mərkəzin yaradıldığını deyən Qulu Novruzov burada bir sıra tədbirlərin keçiriləcəyini söyləyib. Mərkəzlə tanışlıqdan olduqca məmnun qalan qonaqlar burada olan metodik vəsaitlərə baxıblar. Professor Şalva  Amonaşvili bu mərkəzin yaradılmasını yüksək qiymətləndirərək müəllifi olduğu kitabları həmin  mərkəzə  hədiyyə edib.

Sonra Şalva  Amonaşvilinin və digər qonaqların institutun kollektivi  ilə görüşü keçirilib. Qulu Novruzov qonaqları rəhbərlik etdiyi institutda görməkdən məmnunluq hissi keçirdiyini söyləyərək onlara bu elmi-tədqiqat müəssisəsinin fəaliyyəti  haqqında ətraflı məlumat verib.  Professor Şalva Amonaşvilinin ideya müəllifi olduğu humanist pedaqogikanın əhəmiyyətindən danışan direktor, onun pedaqogika elminə əvəzsiz töhfələr verdiyini xüsusi vurğulayıb.

Görüşdə Şalva Amonaşvili onları belə səmimi qarşıladıqlarına görə özünün və qonaqların adından təşəkkür edib. Humanist pedaqogika ilə bağlı fikir və mülahizələrini azərbaycanlı həmkarları ilə bölüşən professor səmimi əməkdaşlığın bundan sonra da davamlı olacağına ümidvar olduğunu bildirib.

Çıxış edən digər qonaqlar da belə görüşlərin keçirilməsinin, alim və pedaqoqlarımızla, müəllimlərimizlə daha yaxından ünsiyyətdə olmalarını təqdirəlayiq hal olduğunu deyiblər. 



среда, 3 декабря 2014 г.

“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar


“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist                                                                   yanaşmanın əsasları” mövzusunda keçirilən seminar
 . Rusiya Təhsil Akademiyasının akademiki
Psixologiya elmləri doktoru, professor
Şalva Aleksandroviç Amonaşvili
Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidenti,
yazıçı, psixoloq “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri.







понедельник, 1 декабря 2014 г.

Təhsil Problemləri İnstitutundan Beynəlxalq Seminar


 
1 dekabr 2014-cü il tarixində Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə “Avropa” otelinin Bakı zalında “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-hümanist yanaşmanın əsasları” mövzusunda Beynəlxalq Seminarın ilk günü öz işinə başladı.  Azərbaycanın şəhər və bölgələrindən gəlmiş 200-dən çox təhsil işçilərinin iştirakı ilə keçirilən seminarda institutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov xarici qonaqları və Beynəlxalq Seminar iştirakçılarını salamlayaraq, mövzunun əhəmiyyətindən danışıb.  Tədbirdə Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili (Gürcüstan),  
"Valideyn qayğısı" Beynəlxalq ictimai hərəkatın sədri Klara Mansurova (Moskva), psixologiya üzrə fəlsəfə doktoru Ümuminsan dəyərləri institutunun filialının direktoru, Ümumrusiya pedaqoji cəmiyyətinin üzvü Valeriy Voşinin iştirak edirlər (Sankt-Peterburq).


4 gün ərzində keçiriləcək seminarı Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki, psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili aparacaqdır.  

Seminara Azərbaycanın 200-dən çox şəhər və bölgədən olan orta və ali məktəb müəllimləri,  direktorları,  gənc alimlər,  bağça müdirləri,  tərbiyəçilər və bir çox təhsil müəssisələrində çalışanlar qatılmışlar.



вторник, 25 ноября 2014 г.

Məktəbəqədər və ibtidai təhsil sahəsində çalışan mütəxəssislər üçün beynəlxalq təlim.



Hörmətli həmkarlar! Əziz dostlar!
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasıda təhsildə keyfiyyətə dair bir neçə mühüm məsələnin əhəmiyyəti qeyd edilmişdir:
  • Ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması
  • Azərbaycan Respublikasında, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin yaradılması
  • Təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməsi
və həmçinin
  • Kompetensiyalara əsaslanan keyfiyyət standartları və göstəriciləri, keyfiyyəti təmin edən sistemin, keyfiyyəti qiymətləndirən monitorinq sisteminin yaradılmasını təmin etməyə çağırmışdır.
            “Müasir Təhsil və Təlimə Yardım Mərkəzi” İB bu məqsədin həyata keçirilməsi istiqamətində öz töhfələrini vermək niyyəti ilə inklüziv təhsil üzrə tədqiqat aparmış və təhsil siyasəti sənədi hazırlamışdır.
Məlumat verək ki, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB  Erkən Yaş Dövrünün Təhsili üzrə ixtisaslaşmış Beynəlxalq Addım-Addım Assosiasiyanın təşkilatı üzvüdür (ISSA, International Step by Step Association, www.issa.nl).Mərkəzimiz İSSA ilə birgə Erkən Yaş Dövrünün təhsili sahəsində mövcud beynəlxalq təcrübəni Azərbaycan pedaqoji ictimaiyyətini ilə tanış etmək məqsədilə aşağıda göstərilən tədbirləri keçirməyi planlaşdırır:
  • 2014-cü ilin 10 və 11 dekabr tarixlərində21-ci əsrinpedaqogikasında keyfiyyət məsələləri: Nəzəriyyə və Təcrübə” adlı iki seminarın təşkil olunması planlaşdırılır. Seminarlarda İSSA tərəfindən hazırlanan məktəbəqədər (10 dekabr) və ibtidai təhsil sahəsində (11 dekabr) pedaqoqların peşəkar keyfiyyət standartları və prinsipləri, müəllimlərin peşəkar standartların yaradılmasına dair yanaşma, müəllimlərin təhsil müəssisəsi nəzdində peşakar dəstəyi və inkişafı modeli, təlim-tədris prosesinin keyfiyyətini təmin edən yanaşmaların təqdimatı, seminarların fəal interaktiv formada diskussiya və mübadilə. Seminarlarda məktəbəqədər və ibtidai təhsil sahəsində təhsil siyasəti üzrə ekspertlər, mütəxəssislər və pedaqoji institutların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur . Seminarlar Prof. Tatyana Vonta, Lyublyana Pedaqoji İnstitutunun baş tədqiqatçısı,  Pedaqoji Təşəbbüslər üzrə Tədqiqat Mərkəzinin Rəhbəri (Sabaliauskiene, İnnovativ Təşəbbüslər Mərkəzinin rəhbəri (Litva) tərəfindən aparılacaqdır.
  • 2014-cü ilin 12 dekabr tarixində “Məktəbəqədər təhsildə keyfiyyətə yönəlmiş mentorluq” adlı seminarın keçirilməsi. Seminarda məktəbəqədər təhsil sahəsində təhsil siyasəti üzrə ekspertlər, mütəxəssislər və pedaqoji institutların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur . Seminar Sanja Brajkoviç, Addım-Addım Açıq Akademiyanın Proqramlar üzrə direktoru (Xorvatiya) tərəfindən aparılacaqdır.
Təlimlərin gündəliyi             (10-11 dekabr 2014-cü il)
09:00 – 09:30             Salamlama və təlim məqsədlərinin təqdimatı
09:30 – 10:30              Erkən yaş dövrünün (məktəbəqədər və ibtidai təhsil) təhsilində keyfiyyət nə deməkdir?
10:30 – 11:00             Çay-kofe fasiləsi
11:00 – 12:30             Erkən yaş dövrünün təhsilində keyfiyyət sisteminin komponentləri
12:30 – 13:30             Nahar
13:30 – 15:00             Beynəlxalq Addım-Addım Assosiasiyanın Keyfiyyət üzrə resursları
15:00 – 15:30             Çay-kofe fasiləsi
15:30 – 17:00             Müzakirələr
12 dekabr 2014-cü il tarixində keçiriləcək tədbirin gündəliyi bir həftə müddətində saytımızda yerləşdiriləcək.
Qısa icmal
21-ci əsrinpedaqogikasında keyfiyyət məsələləri: Nəzəriyyə və Təcrübə”
         Məktəbəqədər və ibtidai təhsil sahələrində keyfiyyətin müəyyən olunması və tədqiqi pedaqoqlar və digər mütəxəssislər arasında peşəkar müzakirələr üçün bünövrədir. Keyfiyyətin hamı tərəfindən qəbul olunan aydın tərifi mövcud deyil. Beynəlxalq Addım-Addım Assosiasiyası keyfiyyət üzrə müzakirələrin aparılması üçün özünün Keyfiyyət Pedaqogikası və pedaqoqların peşəkar inkişafına dair digər əlaqəli resursları təklif edir. Təlim Litva və Sloveniya ekspertlərinin köməyi ilə peşəkarları keyfiyyətin tərifinin hazırlanması ətrafında tapşırıqlara və müzakirələrə cəlb edəcək. İştirakçılar İSSA tərəfindən hazırlanan müşahidə alətlərindən istifadə edərək müxtəlif sahələrdə keyfiyyətin spesifik göstəricilərini müzakirə edəcəklər. Təlimin əsas məqəsədi təlim təcrübəsinə refleksiya və onun müzakirəsi yolu ilə keyfiyyəti müəyyən etmək imkanlarını pedaqoqlara nümayiş etdirməkdir. Əlavə olaraq təlim keyfiyyətini artırmaq məqsədilə  peşəkar inkişaf imkanları müzakirə olunacaqdır. Təlim məktəbəqədər və ibtidai təhsil sahələrində təlim prosesini əks etdirən çoxsaylı videolarla müşayət olunacaqdır.
Qeydlər
Dekabrın 10-da məktəbəqədər təhsil sahəsində keyfiyyət məsələləri, dekabrın 11-də isə ibtidai təhsil sahəsində keyfiyyət məsələləri üzrə təlim aparılacaqdır.
İştirakçılar sertifikatlarla təmin olunacaqdır.
Hər iki tədbirin təşkili ilə bağlı bütün xərclər (dəftərxana ləvazimatı, nahar və çay-kofe fasiləsi, tərcümə, paylayıcı materiallar) “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB tərəfindən ödəniləcəkdir.
Təşkilatçı: “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB (MTTYM)
Məkan: Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, II bina, akt zalı.  Afiyyəddin Cəlilov küçəsi, 22.
   Tarix: 10 və 11 dekabr 2014-cü il
   Zaman: 9:00-17:00, 13.00-14.00 nahar fasiləsi
Təlimdə iştirakçı qismində iştirak etmək üçün aşağıdakı məlumatları qeyd olunan elektron poçt ünvanına göndərməklə, yaxud müvafiq əlaqə nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərsiniz:
Ad və soyad:
İş yeri/ vəzifə:
yaxud
     Təhsil müəssisəsi/ ixtisas:
____________________________________________________________________________
Əlaqə:
Rəhim Məhərrəmov
Ofis köməkçisi
“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB
Tel: (+99412) 4986043 (daxili 11
AZ1095, Bakı şəhəri, Vidadi küç.,187,mən.24/26,T.+994 12 4986043, F.+994 124988557, office@cie.az, www.cie.az